9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür. Bu münasibətlə ölkənin bütün məktəblərində tədbirlər həyata keçirilir.
Eurasia Diary xəbər verir ki, paytaxtın 49 saylı məktəb-liseyinin 1ç sinfinin şagirdləri də bayramı qeyd ediblər.
Sinif rəhbəri Aytən Cəfərova şagirdlərə milli bayrağımızın yaranma tarixindən danışıb. O, bildirib ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi Dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilib. Milli bayrağımızdakı göy rəng - türkçülüyü, qırmızı – müasirliyi, yaşıl – islam ideologiyasını ifadə edir.
Üzlərinə bayraq boyanmış şagirdlər isə Bayraq, Vətən və Azərbaycanla bağlı şeir söyləyiblər.