"Erməni mənim cəsədimin üstündən keçib Ağdama girə bilər!" - Allahverdi Bağırov | Eurasia Diary - ednews.net

9 Dekabr, Bazar ertəsi


"Erməni mənim cəsədimin üstündən keçib Ağdama girə bilər!" - Allahverdi Bağırov

Cəmiyyət A- A A+
1003 nəfər Xocalı sakinini əsirlikdən azad edən Milli Qəhrəman. Azərbaycan Xalqı o qədər qeyrətli və şücaətli xalqdır ki, tarixin hər dövründə qəhrəman sərkərdələr, döyüşçülər yetişdirib. Bu qəhrəmanlarımızdan biri də məhz Allahverdi Bağırovdur. Milli Qəhrəmanımızın həyatı ilə bağlı axtarış edərkən çox dəyərli bir müsahibə ilə tanış olduq. Bu 2015-ci ildə telejurnalist Nadejda İsmayılovanın verdiyi müsahibədən bir hissə idi. Eurasia Diary həmin müsahibəni sizə təqdim edir: “Onun üzündəki solmuş təbəssümünü, yorğun sifətini unuda bilmirəm. Mənə elə gəlirdi ki, bu güclü, cüssəli oğlan gözlərimin qarşısında bu dəqiqə səndərləyib yıxılacaq. Heç kim bilmirdi ki, o, nə zaman yatır. Ümumiyyətlə, yatırmı? Mən çəkiliş qrupumuzun rejissoru Namiq Şirəlibəyov və operator İzzət Əzizovla çəkilişləri səhər o başdan başlayırdıq, eşidirdik ki, Allahverdi artıq hardasa insanların köməyinə çatır, üzərinə düşən hansısa əməliyyatı yerinə yetirir. Gah ermənilərlə danışıqlarda olurdu, gah meyit dəyişirdi, gah da ağlayıb-sızlayan ana-bacıların ətrafında onlara ürək-dirək verirdi. Qəfildən gedib postları yoxlayırdı, Ağdamı qoruyan uşaqların ayıq-sayıq olmaları üçün tapşırıqlar verirdi. Bir də görürdün ki, əlinə bir dəfə də tüfəng götürməyən müdafiəçilərə silahla davranmağı öyrədirdi. Allahverdi Əsgərana - döyüşlərin ən qızğın mərkəzinə gedib, oradan ermənilərdən ya ölümüzü, ya dirimizi alıb gətirirdi. Bu erməni silahlı quldurları ilə qarşılaşmanın hər dəqiqəsində ölüm var idi”. Allahverdi Bağırov o oğul idi ki, həyətində saxladığı mal-qaranı, var-dövlətini də şəhidlərimizin dəfninə sərf etmiş və demişdi: “Erməni mənim meyidimin üzərindən adlayıb Ağdama girə bilər”. Allah rəhmət etsin.

Eurasia Diary

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...