Bu gündən istilik veriləcək | Eurasia Diary - ednews.net

6 Dekabr, Cümə


Bu gündən istilik veriləcək

Cəmiyyət A- A A+

Bu gündən etibarən istilik sistemlərinin fəaliyyəti bərpa olunacaq.

Eurasia Diary xəbər verir ki, bu barədə məlumatı “Azəristiliktəchizat” ASC-nin sədr müavini İlham Mirzəliyev verib. O bildirib ki, artıq qurum tam iş rejimində fəaliyyətə başlayır:

“İstilik respublikanın dağ rayonlarında noyabrın əvvəlindən bərpa olunub. Bu gündən etibarən isə paytaxt ərazisində 190 minə yaxın mənzil istiliklə təmin olunacaq. Tam sistem mövsümə hazırdır və iki gün əvvəldən bəzi ərazilərdə qismən fəaliyyətə başlamışıq. Bu gündən etibarən isə gücləndirilmiş iş rejiminə keçiriləcək və bütün qazanxanalar tam işə başlayacaq”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...