Şeyxin ailəsində xoş gün - Nəvəsi türk qızla ailə qurdu - FOTO | Eurasia Diary - ednews.net

13 Dekabr, Cümə


Şeyxin ailəsində xoş gün - Nəvəsi türk qızla ailə qurdu - FOTO

Cəmiyyət A- A A+

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin ailəsində xoş gün yaşanır.

Eurasia Diary axşam.az-a istinadən xəbər verir ki, şeyxin böyük qızı Əmanət Paşazadənin oğlu Xanlar ailə həyatı qurur. Şeyxin nəvəsi Türkiyə vətəndaşı olan xanımla evlənir.

Bir neçə gün öncə isə cütlüyün xınayaxdı mərasimi baş tutub.

Qeyd edək ki, bu gün toyu olacaq Xanların atası, yəni şeyxin kürəkəni Adış Məmmədov isə diplomatik fəaliyyətlə məşğuldur. O, 2018-ci ilin sonlarınadək Azərbaycanın İsveç Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...