"Komadan ayılmayıb" - Oqtay Gülalıyevin xanımı | Eurasia Diary - ednews.net

14 Dekabr, Şənbə


"Komadan ayılmayıb" - Oqtay Gülalıyevin xanımı

Cəmiyyət A- A A+

“Oqtayın hazırda İstanbuldakı “Amerika Xəstəxanası”na (“Amerika Hastanesi”) köçürülməsinə başlanılır».

Eurasia Diary xəbər verir ki, bunu noyabrın 18-də “Azadlıq” radiosuna hüquq müdafiəçisi, hazırda Türkiyədə müalicə olunan Oqtay Gülalıyevin xanımı Firuzə Gülalıyeva bildirib.

Xanımı deyib ki, “Avrasiya” Klinikasında aparılan müalicəyə baxmayaraq, O.Gülalıyevin səhhətində hər hansı irəliləyiş yoxdur. 

“Vəziyyəti ağır olaraq qalır, komadan ayılmayıb. Hazırda epiqrizləri hazırlanır ki, yaxın saatlarda “Amerika Xəstəxanası”na aparılacaq”- F.Gülalıyeva bildirib.

Xatırladaq ki, Oqtay Gülalıyevi 2019-cu il oktyabrın 29-u axşam saatlarında Bakıda minik avtomobili vurub. Hadisə hüquq müdafiəçisi yolu keçərkən, düz piyada xəttinin üstündə baş verib.

Bakı Şəhər Baş Polis İdarəsinin məlumatına görə, Oqtay Gülalıyev taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə vurulub. Sürücü Oqtay Gülalıyevi Kliniki Tibbi Mərkəzə çatdırıb. İlkin tibbi yardım göstərildikdən sonra Oqtay Gülalıyev “City Hospital”a köçürülüb, oktyabrın 30-u saat 13 radələrində burada əməliyyat olunub.

Beyin zəilməsi diaqnozu qoyulan Oqtay Gülalıyev noyabrın 1-də Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb. Bir gün sonra Türkiyəyə aparılıb.(modern.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...