Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, İsmayıllı İntellektual Oyunlar Klubu və Şəki şəhər Gənclər və İdman İdarələrəsinin birgə təşkilatçılığı ilə İmaməddin Nəsiminin 650 illiyinə həsr edilmiş region gəncləri ilə Şəkinin Marxal Resort Hotelinin Nuxa zalında “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə “II Regionlar Kuboku”nun Final-Bağlanış mərasimi keçirilib.
Eurasia Diary xəbər verir ki, təşkilatın mətbuat xidmətindən verilən məlumatına görə, açılış nitqi olaraq və qonaqları salamlamaq üçün təşkilat sədri, Azad Manaflıya söz verildi. Azad Manaflı layihə barədə ətraflı məlumat verərək, regionlardan gələn komandalara uğurlar arzuladı.
Bundan sonra isə Azərbaycan Gənclər Fondunun nümayəndəsi, Zaur Osmanova söz verildi. Zaur Osmanov fondun fəaliyyəti barədə iştirakçılara ətralı məlumat verdi. Həmçinin intellectual oyunlar fondun əsas maraq daisəsində olduğunu və gələcəkdə bu tip layihələrin genişləndiriləcəyini iştirakçıların diqqətinə çatdırdı.
Regionun intellektinin inkişafında öz dəstəyini əsirgəmiyən Şəki şəhər Gənclər və İdman idarəsinin rəisi, Vuqar müəllim öz çıxışında regionda intellectual gənclərin yetişməsi üçün hər cür şəraitin yaradıldığını qeyd edərək nitqnə davam etdi. Bu sahəyə olan dövlət qrumlarının diqqəti günü-gündən artmaqdır deyə əlavə etdi.
Daha sonra isə, region gənclərinin social layihələrinin keçirilməsində hər zaman köməklik göstərən Marxal Resort Hotelin meneceri, Nəcəf Bədəlov səhnəyə dəvət olundu. N. Bədələov ev sahibi olaraq iştirakçıları salamlayaraq gələn komandalara uğurlar arzuladı.
Bundan sonra rəsmi hissəyə yekun vurularaq II Regionlar Kubokunun ilk sualı səsləndirildi. II Regionlar Kubokununun keçirilməsində əsas məqsəd gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların intellektual inkişafının təmin olunması, region gənclərinin intellektual potensialının artırılması, potensiallı gənclərin üzə çıxarılması, region gənclərinin intellektə situmullaşdırılması eləcə də intellektual oyunlar hərəkatının bütün ölkəni əhatə etməsinin reallaşdırılmasıdır.
"Nə? Harada? Nə zaman?” oyunu üzrə II Regionlar Kubokununun finalında seçim turunda uğurlu nəticə qazanan komandalar ilə yanaşı digər regionlardan olan 30 komanda kubok uğrunda mübarizəyə qoşuldu. 3 turdan ibraət səsləndirilən 45 sualın sonunda III yerə Oğuz rayonunun “Kayzen” komandası layiq görüldü. İsmayıllının “Niyal” komadası isə II-lik ilə kifayətlənməli olub. Regionların ən güclüsü isə Mingıçevir şəhərinin “İstiqlal” komandası olaraq kuboku başı üzərinə qaldırıb. Qaliblər tərəfdaşlarımız tərəfindən dəyərli hədiyyələr, diplom və medallar ilə təltif olundular. Sonda isə II Regionlar Kubokunun mükafatçıları ilə xatirə foto şəkili şəkildi..