Azərbaycan əhalisinin sayı - AÇIQLANDI | Eurasia Diary - ednews.net

15 Dekabr,


Azərbaycan əhalisinin sayı - AÇIQLANDI

Cəmiyyət A- A A+

İlin əvvəlindən ölkə üzrə əhalinin sayı 63 min 9 nəfər və ya 0,6 faiz artaraq 2019-cu il oktyabr ayının 1-i vəziyyətinə 10 milyon 44 min 466 nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən (DSK) Eurasia Diary-ə verilən məlumata görə, əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Məlumatda qeyd edilib ki, əhalinin bir kvadrat kilometrə düşən sayı 116 nəfər olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...