Nazirlik Kəmaləddin Heydərovun şirkətini məhkəməyə verdi - SƏBƏB | Eurasia Diary - ednews.net

16 Dekabr, Bazar ertəsi


Nazirlik Kəmaləddin Heydərovun şirkətini məhkəməyə verdi - SƏBƏB

Cəmiyyət A- A A+

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi “Gilan Holding” MMC-ni məhkəməyə verib. 

Eurasia Diary unikal.org-a istinadən xəbər verir ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən nazirlik şirkətin “Jalə” İstirahət Mərkəzinin fəaliyyətinin dayandırılmasına dair iddia tələbi sürüb. 

İddia ərizəsi məhkəmənin dəftərxanasına kağız daşıyıcıda 13 noyabr 2019-cu il tarixdə daxil olub. 

Məhkəmə iddia ərizəsi üzrə materialları yoxlayaraq hesab edib ki, iddia ərizəsi geri qaytarılmalıdır. 

Belə ki, məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

Qeyd olunanlara əsasən məhkəmə hesab edib ki, iddia ərizəsi məhkəməyə "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə göndərilmədiyindən geri qaytarılmalıdır.

Qeyd edək ki, “Gilan Holding” MMC Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova məxsusdur. Şirkəti isə nazirin oğlu Tale Heydərov idarə edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...