"Özbəkistanda Qarabağ xüsusi önəm kəsb edir" Samir Abbasov

Cəmiyyət 15:47 21.11.2019

Bu gün tanınmış özbək tarixçisi, publisisti və ictimai xadimi Şuhrat Salamovun (Şuhrat Barlas) Azərbaycanda çap edilən “Daşnaklar Fərqanədən Qarabağa qədər” adlı kitabının təqdimat mərasimi keçirilib.

Eurasia Diary xəbər verir ki, tədbirdə əvvəlcə kitabın mövzusu əsasında çəkilən eyniadlı sənədli film nümayiş etdirilib.

Tədbirdə Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, “Kaspi” Təhsil Mərkəzinin rəhbəri, “Kaspi” qəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva, Rusiyalı tarixçi-qafqazşünas, politoloq Oleq Kuznetsov və digər şəxslər iştirak etmişdir. 

Tədbirdə AMM-in direktoru Samir Abbasov çıxış etmişdir. Eurasia Diary çıxışın tam mətnini təqdim edir:

Özbəkistanın siyasi rəhbərliyi Azərbaycana dost və qardaşlıq münasibəti sərgiləyir və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın beynəlxalq hüquqa və tarixi ədalətə əsaslanan mövqeyini birmənalı şəkildə dəstəkləyir. 

Bu il Bakıda 15 oktyabr tarixində səfərdə olan Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev hörmətli prezidentimiz İlham Əliyevlə görüşdə qeyd edib ki, Özbəkistan əvvəllər də, indi də həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, Siz buna əmin olmalısınız. Bu, bizim səmimi arzumuzdur. Çünki Azərbaycanın ərazi bütövlüyü bizim üçün çox mühümdür.

Məsələ sülh yolu ilə həll olunmalı, Birləşmiş Millətlər Təşkilatının münaişənin həllinə dair bütün qərarları yerinə yetirilməlidir.

Prezident İlham Əliyev isə Özbəkistan prezidenti hörmətli Şavkat Mirziyoyevə təşəkkür edərək Azərbaycan və Özbəkistanın qardaş ölkələr olaraq həmişə bir-birilərinin uğurlarına sevindiklərini qeyd edib. O, ulu öndər Heydər Əliyevlə Özbəkistanın Sovet dövründə I katibi Şərəf Rəşidovla sıx dostluq münasibətlərinin şahidi olduğunu, qondarma yenidənqurma illərində müəyyən dairələrin törətdiyi ədalətsizlik və “özbək işi” adlandırılan məsələ barədə fikirlərini bildirib. Bunu edən “məşhur” adamlar Qdlyan və İvanov idilər. Onlar yalnız Özbəkistana deyil, hesab edirəm ki, bizim hamımıza çox böyük zərbə vurdular deyə vurğulayıb.

"Bu hadisə Sovet İttifaqının türkdilli respublikalarına qarşı məqsədyönlü şəkildə təşkil edilmiş hücum idi. Bu hücum Azərbaycandan da yan keçmədi, burada da təxminən eyni əməlləri həyata keçirməyə çalışırdılar, lakin bunun üçün sadəcə vaxtları çatmadı", deyə Prezidentimiz söyləyib.

Özbək təqdqiqatçı Şuxrat Barlas (Salamov) erməni daşnaklarının Türküstanda (indiki Özbəkistan) ərazisində 1918-ci ildə həyata keçirdikləri qətliam, bu hadisələrin Azərbaycanla  bağlılığı, Azərbaycanda törədilmiş 31 mart - azərbaycanlıların soyqırım hadisələri, habelə Qarabağ münaqişəsi barədə geniş araşdırma işləri aparıb.

Araşdırmaların nəticəsi olaraq "Туркестан и Южный Кавказ: XIX-XX ВВ. Дашнаки от Ферганы до Карабаха" adlı kitab Daşkənddə nəşr olunmuşdur. Bugün isə bu nəşr yeni əlavələr edilməklə Bakıda çapdan çıxıb.

Bu nəşrdə böyük regional dövlətlərin öz geosiyasi məqsədlərinə çatmaq üçün erməni amilindən istifadə etməsi, Türküstanda, həm də Cənubi Qafqazda, Kiçik Asiyada olan türk etnosuna qarşı soyqırım siyasəti tarixi faktlarla sübut olunur.

Nəşrdə Özbək müəllif 1918-ci illərdə Türküstana Rus imperiyasının yürüşü zamanı onlarla birgə Orta Asiyaya gələn daşnakların yerli əhaliyə amansız divan tutması, Fərqanə, Kokand, Xivə şəhərlərində, Buxara əmirliyində baş verən dəhşətli olayları geniş işıqlandırmışdır.

Ş.Barlas yazır ki, məhz Türküstanda törədilən bu hadisələrlə paralel olaraq 1918-ci ilin mart ayında Azərbaycanda da davam etmiş, eyni qətliamlar Azərbaycanda  törədilmişdir. O, bu siyasətin məqsədli və sistemli həyata keçirildiyini, bu hadisələrin bir mərkəzdən idarə edildiyini  vurğulayır.

Müəllif  ilk dəfə olaraq tarixi mənbələr və faktlarla sübut edir ki, erməni "Daşnaksutun" partiyasının Türküstanda insanlığa qarşı dəhşətli cinayətləri nəticəsində ümumilikdə 1 milyon 700 mindən artıq özbək və digər türk, müsəlman əhali  məhv edilmişdir.

Sovet dövründə Özbəkistanda bu hadisələrin araşdırılması məlum səbəblərdən mümkün olmasa da, müstəqillik dövründə artıq tarixçilər və tədqiqatçılar bu barədə danışmağa başlamışlar.

Kitabda müəllif Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini təhlil edərək, ölkəmizə qarşı ermənilərin ərazi iddialarını əsaslandıraraq ifşa etmiş, tarixi Azərbaycan torpağı olan İrəvan xanlığının əsasında Ermənistan adlı  dövlətin yaradıldığını yazmışdır. O, Qərbi Azərbaycan torpaqlarının ermənilər tərəfindən zəbt olunduğunu, Dağlıq Qarabağın və bu əraziyə aidiyyatı olmayan 7 Azərbaycan rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı, habelə erməni işğalının ağır nəticələri barədə məlumat verir.

Ümumilikdə türk xalqlarına qarşı törədilmiş cinayətlər, soyqırım siyasəti barədə dəyərli bir əsər ortaya qoymuş müəllifin bu tədqiqatı Orta Asiyada sözügedən mövzuda yazılan ilk araşdırma işidir.

Kitabın bu təkmilləşdirilmiş variantında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə hüquqi aspektdən baxış xüsusi qabardılmışdır. Beynəlxalq konvensiyalar, xüsusi ilə Cenevrə Konvensiya, dünyada qəbul olunmuş prinsiplər öz əksini tapıb.

Müəllif xüsusi ilə erməni daşnaklarının cinayətləri, onların terroristik fəaliyyətini geniş işıqlandırır, onların terrorizm, başqa xalqlara qarşı həyata keçirdikləri iyrənc oyunlar, ermənilərin Azərbaycan xanlıqları ərazilərinə yerləşdirilməsi, Gülüstan və Türkmənçay müqaviləsindən sonrakı dövrlərdə ermənilərin Rusiya tərəfindən Azərbaycan torpaqlarına köçürülməsini xüsusi vurğulayır. Tədqiqat işində tarixçi alim qeyd edir ki, Osmanlı ərazisində iddia olunduğu kimi ermənilərin qondarma soyqırımı miflərdən başqa bir şey deyil. O, tarixi sənədlərlə Osmanlı ərazisində yaşayan ermənilərin Azərbaycan xanlıqları ərazisinə, habelə onların 300 min erməninin köçürüldüyünü faktlarla sübut edir.

Kitabda yekun qənaətə gəlinir ki, milliyətçi, aqressiv, daim zorakılığa, terrora, işğala, seperatizm  ideyaları ilə silahlanmış daşnaklar qonşu xalqlar üçün böyük bir problemə çevrilmiş, artıq iki əsrdən çox bir zamanda onların iddiaları davam edir və iştahları bitmir.

Bu problemin həllində isə region ölkələri, xüsusi ilə aqressiyaya, terror, əsassız soyqırım, ərazi iddialarına və işğala məruz qalan Türk ölkələri birləşməli və birgə mübarizə aparmalıdırlar.

Kitab gələcəkdə regionda və dünyada bu istiqamətdə araşdırma aparacaq tədqiqatçılar üçün ilkin mənbə olacaqdır.

Özbəkistan Respublikasının müxtəlif regionlarında “Qarabağ” adlı 4 yaşayış məntəqəsi, çay adları var. Məsələn, Daşkənd Vilayətinin Anqren şəhəri ətrafında ərazidə “Qarabağ” adını daşıyan kiçik çay vardır.  

Bundan başqa, Özbəkistanın Kaşqadərya Vilayətində də eyni adlı kənd vardır. Araşdırmalarımızdan məlum oldu ki, bu adların, toponimlərin tarixi qədim dövrlərə gedib çıxır. Bu özlüyündə bir daha Qarabağ adlı ərazinin Türk mənşəli söz olduğunu təsdiq edir.

Biz artıq Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin növbəti layihəsi ilə bu mövzuda gələcəkdə elmi araşdırma aparmaq məqsədi ilə hər iki ölkənin alimləri ilə işləməyə hazırıq.

Azərbaycanda bu məhsul kəskin UCUZLAŞDI - VİDEO

Xəbər xətti

BMT Təhlükəsizlik Şurasında kritik anlar: Rusiya veto qoydu
10:00 25.04.2024
Azərbaycanda bu məhsul kəskin UCUZLAŞDI - VİDEO
09:55 25.04.2024
Mübariz Qurbanlının ailəsinə AĞIR İTKİ
09:48 25.04.2024
ABŞ-da Tik-Tok qadağan edilib
ABŞ-da Tik-Tok qadağan edilib
09:45 25.04.2024
Xankəndidə ötən gün xeyli sayda silah-sursat aşkarlanıb
09:40 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri... - ŞƏRH
09:32 25.04.2024
Bu gün Amerika qoşunlarının Nigerdən çıxarılması müzakirə olunacaq
09:24 25.04.2024
Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib
09:15 25.04.2024
Rusiyada Harri Kasparovun həbsinə qərar verildi
09:09 25.04.2024
Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür
09:00 25.04.2024
Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu
07:09 25.04.2024
Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
Hamısı