Azərbaycanda qadın məmuru döyüldü - KOMAYA DÜŞDÜ | Eurasia Diary - ednews.net

16 Dekabr, Bazar ertəsi


Azərbaycanda qadın məmuru döyüldü - KOMAYA DÜŞDÜ

Cəmiyyət A- A A+

Gəncədə döyülmə faktı qeydə alınıb.

Eurasia Diary apa-ya istinadən xəbər verir ki, hadisə kəlbəcərlilərin məskunlaşdığı qaçqın şəhərciyində qeydə alınıb. 

Bacısının keçmiş nişanlısı tərəfindən xəsarət yetirilən 1998-ci il təvəllüdlü Qəmbərova Validə Rauf qızı kələ-beyin travması ilə xəstəxanaya yerləşdirilib. 
Dərhal ona tibbi yardım göstərilib. Həkimlər yaralının vəziyyətinin ağır olduğunu bildirib.

Əldə edilən məlumata görə, V.Qəmbərova ailədaxili münaqişə zəminində xəsarət alıb. O, bacısı ilə keçmiş nişanlısı dava edərkən onları aralaşdırmaq istəyib. Bu zaman oğlan onu itələyib. Yıxılaraq başından xəsarət alan V.Qəmbərovanın komaya düşdüyü bildirilir.

İlkin məlumata görə, gənc cütlüklərin arasında yaran mübahisə qızın nişanı qaytarmasından sonra yaranıb. Buna səbəb isə oğlanın başqa qızla münasibətinin üzə çıxması olub.

Qeyd edək ki, xəsarət alan V.Qəmbərova Kəlbəcər rayon Maliyyə şöbəsinin əməkdaşıdır. Bacısı isə Kəlbəcər rayon Mərkəzi Kitabxanasında işləyir. 

Hələlik adı açıqlanmayan oğlanın isə Gəncə Regional Elmi Mərkəzin işçisi olduğu deyilir.

Faktla bağlı Kəlbəcər Rayon Polis Şöbəsində araşdırma başlanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...