Bakıda qəribə aparat peyda oldu Hər kəsə pul paylayır - FOTO

Cəmiyyət 14:36 22.11.2019

Bakıda son günlər bir neçə yerdə insanlara “pulsuz pul” paylayan aparatlar quraşdırılıb. Belə ki, Nizami rayonu ərazisində bir neçə yerdə quraşdırılan bu aparatlardan istənilən adam şəxsiyyət vəsiqəsini, barmaq izini quraşdırılan aparata daxil etməklə, 20 manat məbləğində borc pul ala bilər. Cihaz pul çıxarılan tərəfi çölə olmaqla, iri supermarketlərin içərisində quraşdırılıb. Üzərində “Azpulmat” sözləri yazılan aparat kənardan bankomata bənzəsə də, funksiyası yuxarıda da qeyd etdiyimiz kimi borc pul verməkdir.

Eurasia Diary xəbər verir ki, “Yeni Müsavat”ın əməkdaşı aparatlardan birinin quraşdırıldığı ərazidə müşahidə aparıb. Məlum oldu ki, aparatdan borc istəməyə gələn insanların çoxu işsizlərdir. Onların bir neçəsi ilə söhbət etdiyimiz zaman bildirdilər ki, aparatdan çox razıdırlar. Çünki qohumlarından, tanışlarından ala bilmədikləri borcu, bu dəmir parçası onlara 30 saniyə içərisində verir. Bəs nəyin qarşılığında?

Bu sualın cavabına keçməzdən öncə yenə də aparatdan borc almağa gələnlərin fikirlərinə nəzər salaq. Belə ki, söhbət etdiyimiz şəxslərdən biri bildirdi ki, aparatdan 20 manat borc almağa gəlib. Ancaq bu borcu qaytarmaq fikrində deyil. Söylədi ki, bu gün camaatın banklara nə qədər borcu var və onlarla müqayisədə 20 manat nədir ki…

Borc alan şəxslərin əksəriyyəti ali təhsili olmayan insanlar idi. Onlar hesab edirdilər ki, bu pulu onlara Mərkəzi Bank verir. Bir-biriləri ilə söhbətləri əsasında hələ belə cümlələr də işlədirdilər: “Allah Milli Bankın (Mərkəzi Bank) yiyəsinə kömək olsun. İndiki zamanda qardaşın-qardaşa etmədiyi yaxşılığı bizə edir. Gürcüstanda bu aparatlardan çox görmüşük. Ancaq Azərbaycanda yox idi. 20 manat verir, 5 günün içərisində 21 manat qaytarmalısan. Qaytarandan sonra 40 manat götürmək olur. Bu aparatın hesabına evimizə çörək aparırıq. Nəyi pisdir ki? Belə getsə, aparatı insanlar əziz adamları qədər çox istəyəcəklər…” Bu, aparatı Mərkəzi Bankın bankomatı zənn edən sadə vətəndaşların fikirləri idi.

Bəs həqiqətdə necədir?

Əvvəla, qeyd edək ki, aparatlar 10 gündən çoxdur ki, Bakı ərazisində quraşdırılıb. Lakin bu barədə sosial şəbəkələrdə, mətbuatda geniş məlumat yoxdur. Araşdırmamız nəticəsində bir neçə iqtisadi ekspertlə də əlaqə saxladıq. Onlar da bu cür aparatın mövcudluğundan bixəbər olduqlarını bildirdilər. Borc pul almağa gələnlər isə söylədilər ki, bu barədə məlumatı dost-tanışlarından alıblar. Dost-tanışlar hesabına bu gün aparatların qarşısında uzun növbələr əskik olmur. Aparatlarla bağlı “azpul.az” saytında bəzi informasiyalar yerləşdirilib. Sayt bu aparatı quraşdıran şirkətə aiddir və tam işlək vəziyyətdə deyil. Lakin oradan bəzi məlumatları əldə etmək mümkündür. Saytda müştərilərin əlaqə saxlaması üçün nömrə də qoyulub. Həmin nömrə ilə əlaqə saxlayıb, bu aparatların hansı banka aid olduğunu öyrənməyə çalışdıq. Bildirildi ki, aparatlar heç bir banka aid deyil: “Bu, sadəcə olaraq, lombarddır və heç bir banka aid deyil”-deyə, bildirildi.

Azpulmanat.jpg (54 KB)

Aparatların işləmə prinsipinə gəlincə, daha detallı qeyd edək ki, borc almaq istəyən şəxs şəxsiyyət vəsiqəsinin hər iki üzünü terminala tanıdır. “Azpul.az” saytında yazılanlara görə aparatda heç bir insan amili yoxdur: “O, sizin icazəniz olmadan sənədlərinizin surətlərinə əsasən adınıza borc rəsmiləşdirmir. Sizin bütün şəxsi məlumatlarınız isə şirkətin qorunan serverlərində saxlanır və etibarlı şifrələmə alqoritmləri ilə qorunur”-deyə, saytda bildirilir.

Şəxsiyyət vəsiqəsindən başqa borc alanın aparat tərəfindən barmaq izi götürülür, fotosu çəkilir. Minimum 5, maksimum isə 21 gün müddətinə borc pul verilir. 5 gün ərzində 20 manat və üstə gəl də 1 manat əlavə faizini qaytaran şəxs, bu dəfə 40 manat məbləğində borc ala bilir. Beləcə bu məbləğ 1000 manata qədər qalxır. Borcu götürən zaman bütün məlumatları daxil etdikdən sonra bir də mobil nömrənizi də yazırsınız. Nömrəyə xüsusi şifrə göndərilir və bundan sonra şifrəni yazıb, pulu çəkmək olur. Eyni nömrə, şəxsiyyət vəsiqəsi ilə borcu qaytarmadan növbətisini almaq mümkün deyil.

Ekspertlər bildirirlər ki, əslində bu sistem olduqca təhlükəlidir. Çünki əməliyyatın kim tərəfindən aparılması, hansı serverdə saxlanılması məlum deyil. Ona görə də insanların şəxsi məlumatları kimlərinsə əlinə keçir. Ekspertlər hesab edirlər ki, bu, insanlar üçün əlavə problemlərə yol aça bilər. Bundan əlavə, söhbət etdiyimiz şəxslərin əksəriyyəti borcu qaytarmaq fikrində deyildilər. Növbədə dayanan şəxslərin çoxu işsiz olduqlarını bildirirdilər. Bu isə onu deməyə əsas verir ki, proses ölkədə borclu vətəndaşların sayını bir qədər də artıra bilər.

Əldə etdiyimiz məlumata görə, məsələ ilə bağlı müvafiq qurumlar araşdırmaya başlayıblar və yaxın zamanlarda həmin qurumlar tərəfindən ictimaiyyətə açıqlama veriləcək.

İngilis Politoloq: Azərbaycandakı mina probleminə Qarabağda şəxsən şahid olmuşam - VIDEO

Xəbər xətti

Vaşinqtonda məktəb yaxınlığında silahlı insident olub
04:44 04.05.2024
İsrail HƏMAS-a həftə vaxt verdi - Əks halda Rəfahda hərbi əməliyyata başlayacaq
02:30 04.05.2024
49 müəssisədə nöqsanlar AŞKARLANDI
01:00 04.05.2024
İrəvan polisi əlində qondarma rejimin bayraqları olan şəxsləri saxlayıb
00:15 04.05.2024
Şərqi Afrikada minlərlə qaçqın daşqınlardan zərər çəkib
23:44 03.05.2024
Azərbaycan və Monteneqro Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb
23:22 03.05.2024
Honkonq birjasının əsas indeksi son 8 ayın maksimumuna çatıb
23:00 03.05.2024
İraq və Qazaxıstan neft hasilatının azaldılmasındakı kəsiri ilin sonuna qədər kompensasiya edəcək
22:47 03.05.2024
Xırdalanda direktorun müəllimlərdən pul tələb etdiyi iddia olunan uşaq bağçası nəzarətə götürülüb
22:22 03.05.2024
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
22:00 03.05.2024
Zaxarova Simonyanın anti-Rusiya bəyanatlarına CAVAB VERDİ
21:33 03.05.2024
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
21:11 03.05.2024
Bayden bütün dünyanı sanksiyalarla HƏDƏLƏDİ - Mətbuat azadlığından başlayacaq
20:55 03.05.2024
Azərbaycanın mədəniyyət naziri Şri-Lankaya səfərə dəvət olunub
20:40 03.05.2024
Sərəncam bütün veteranlara olan diqqət və qayğının təzahürüdür - Cəlil Xəlilov
20:30 03.05.2024
Milli komandamızın Avropa çempionatındakı rəqibləri bəlli oldu
20:20 03.05.2024
Sabirabad rayon təhsil sektoruna yeni müdir təyin olunub
20:00 03.05.2024
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Aldığımız pulun 8-10 faizini “otkat” kimi qaytarırdıq
19:40 03.05.2024
Kelli Qallaher: "İqlim maliyyələşdirilməsi üçün yeni həll yolları axtarılmalıdır"
19:04 03.05.2024
Bakıda MDB İnformasiya Şurasının XXXI iclası keçirilib
18:44 03.05.2024
Nazir: "İqlim maliyyələşdirilməsi ilə bağlı vəd edilən milyardlar COP29-da trilyonlara çevrilməlidir"
18:34 03.05.2024
Son illər dünyada təbii fəlakətlər niyə ARTIB?
18:14 03.05.2024
Naxçıvan Dövlət Universiteti publik hüquqi şəxs olacaq
17:45 03.05.2024
Şimşək çaxacaq, dolu düşəcək – XƏBƏRDARLIQ
17:20 03.05.2024
Bu şəxslər 5 il daha tez pensiyaya çıxa biləcəklər – RƏSMİ
17:19 03.05.2024
Prezidentdən ortamüddətli xərclərlə bağlı FƏRMAN
17:17 03.05.2024
Tarif Şurasından QƏRAR Evinə qaz və işıq çəkmək istəyənlərin nəzərinə: Tarif Şurasından QƏRAR
17:09 03.05.2024
İngilis Politoloq: Azərbaycandakı mina probleminə Qarabağda şəxsən şahid olmuşam - VIDEO
17:00 03.05.2024
Bakıda və Abşeron yarımadasında külək GÜCLƏNİB
16:50 03.05.2024
Hərbçimiz Kəlbəcərdə yol qəzasında həlak oldu - Yaralılar var
16:41 03.05.2024
Azərbaycan XİN-dən Britaniya səfirinə cavab: Mediamız azad, demokratikdir
16:16 03.05.2024
Ötən ay xaricdə təhsil almış 62 nəfərin diplomu tanınmayıb
16:10 03.05.2024
Azərbaycanda azsaylı xalqların dilində dərsliklər ÇAP EDİLDİ
15:52 03.05.2024
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
15:43 03.05.2024
Hərbçilərimiz hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak EDƏCƏKLƏR
15:38 03.05.2024
Ermənistan Baş Prokurorluğundan Paşinyan əleyhinə BƏYANAT
Ermənistan Baş Prokurorluğundan Paşinyan əleyhinə BƏYANAT
15:32 03.05.2024
May ayında niyə toy ETMƏK OLMAZ? - Astroloq və ilahiyyatçı AÇIQLAYIR
15:30 03.05.2024
Nigerdə Rus ordusu ABŞ ordusunu əvəz edir
Nigerdə Rus ordusu ABŞ ordusunu əvəz edir
15:15 03.05.2024
Aİ, Fransa və Çin liderlərinin üçtərəfli görüşü olacaq
15:12 03.05.2024
Yunis Səfərov ömürlük HƏBSDƏ QALACAQ
14:52 03.05.2024
Hamısı