ŞAD XƏBƏR! Bu xəstəxanalar və xidmətlər PULSUZ OLACAQ

Cəmiyyət 12:36 24.11.2019

Eurasia Diary xəbər verir ki, Azərbaycanda 2020- ci ilin yanvarın 1-dən etibarən uzun illərdir ki, əhalinin gözlədiyi İcbari Tibbi Sığorta sistemi tətbiq edilməyə başlanılacaq. Bu məqsədlə yaradılan İcbari Tibbi Sığorta üzrə  Agentlik 2016-cı ildən fəaliyyətə başlayıb.

2016- cı ildə tibbi sığorta pilot layihə kimi Mingəçevir şəhəri və Yevlax rayonunda, 2018- ci ildən etibarən isə Ağdaş rayonunda tətbiq edilir. 2019- cu il İTS-nin ölkə üzrə tətbiqinə hazırlıq ilidir. Hazırda bu istiqamətdə son tamamlama işləri həyata keçirilir.
Qeyd edək ki, İTS sistemi baza və xidmətlər zərfindən ibarətdir. Xidmətlər zərfinin baza hissəsindən istifadə pulsuzdur. Bura ilkin səhiyyə xidməti, habelə təcili və təxirəsalınmaz tibbi yardım xidməti daxildir. Xidmətlər zərfinə daxil edilən xidmətlərin siyahısının hazırlanmasının hansı mərhələdə olmasına cavab olaraq Agentlikdən "Qafqazinfo”ya bildirilib ki, ölkədə İTS-nin tətbiqini təmin edəcək vacib sənədlərdən biri də əhalinin sistem çərçivəsində yararlana biləcəyi xidmətlərin toplusunun (xidmətlər zərfi) hazırlanmasıdır. Sözügedən sənəd hazırda müvafiq qurumlarla razılaşdırılma mərhələsindədir. Xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin adları, tarifləri, azadolma məbləği təsdiq olunduqdan sonra bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.
 
Bu arada əlavə edək ki, 2020-ci ildən artıq İTS haqlarının toplanılmasına başlanılacaq. Xidmətlər zərfinin baza hissəsi üzrə hər il adambaşına 29 manat dövlət büdcəsi hesabına ödəniləcək.
Xidmətlər zərfinin əlavə hissədən istifadə etmək üçün isə İTS haqqı ödənilməlidir.
Azərbaycan vətəndaşı olan 18 yaşınadək şəxslər ;
peşə təhsili, orta iхtisas təhsili və ya ali təhsil müəssisələrində əyani təhsilalma forması üzrə təhsil alan 23 yaşınadək olan Azərbaycan vətəndaşları;
"Əmək pensiyaları haqqında” qanuna əsasən növündən asılı olmayaraq əmək pensiyası alan şəxslər;
"Sosial müavinətlər haqqında” qanuna əsasən sosial müavinət almaq hüququna malik olan əmək qabiliyyəti olmayan şəxslər;
"Ünvanlı sosial yardım haqqında” qanuna uyğun olaraq ünvanlı dövlət sosial yardımı alan şəxslər;
Ərazi poliklinikalarında və qadın məsləhətxanalarında qeydiyyatdan keçmiş hamilə qadınlar, habelə doğuşdan sonra 42 gün müddətində qadınlar;
Əmək Məcəlləsinə əsasən qismən ödənişli sosial məzuniyyətdə olan qadınlar,
Ancaq sığorta adları çəkilən imtiyazlı təbəqələr üçün dövlət büdcəsi hesabına ödəniləcək.
İkinci qrup isə işləyən əhalidir.
Milli Məclis və Prezident tərəfindən təyin olunan şəxslər, həmçinin seçkili ödənişli vəzifədə və əmək müqaviləsinə əsasən işləyən şəxslər üzrə hesablanmış əməyin ödənişi fondunun aylıq 2 faizi işəgötürən tərəfindən, işçinin əmək haqqının aylıq 2 faizi işçi tərəfindən ödəniləcək.
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər və özüməşğul əhali qrupu üzrə də illik 120 manat müəyyən edilir.
Sığorta haqları həmin şəxslərin öz vəsaiti hesabına ödəniləcək.
Hazırda işlərin hansı mərhələdə olması barədə "Qafqazinfo” bir neçə sualla Agentliyə sorğu göndərib.
Bütün özəl tibb müəssisələrinin icbari tibbi sığorta sisteminə qoşulması məsələsi  gəlincə isə, qeyd edilib ki, 2020-ci ilin yanvar ayından başlayaraq xidmətlər zərfi çərçivəsində tibbi xidmətlər göstərəcək dövlət tibb müəssisələrinin siyahısı  açıqlanıb. İcbari tibbi sığortanın tətbiqi prosesində əməkdaşlıq ediləcək qeyri-dövlət tibb müəssisələri ilə müqavilə imzalandıqda bu haqda məlumat Agentliyin saytında yerləşdiriləcək.
Agentliyin strateji satınalmalar üzrə strategiyası ilə bağlı suala cavab olaraq vurğulanıb ki, "Tibbi sığorta haqqında” AR Qanunun 15-3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş tələblərə cavab verən tibb təchizatçıları və ya tibbi ərazi bölmələri icbari tibbi sığortada iştirak etmək hüququna malikdirlər. Sözügedən tələblər layihəsi tərəfimizdən hazırlanmış və aidiyyəti qurumlara təqdim olunmuşdur. Hazırda layihə razılaşdırılma mərhələsindədir.
İTS-yə daxil olan tibb müəssisələrinin elektronlaşdırma prosesinin nə yerdə olmasına gəlincə isə, bildirilib ki,  tədbirlər planına uyğun olaraq hazırda tibb müəssisələrində informasiya-kommunikasiya texnologiyaları (bundan sonra İKT) infrastrukturunun qurulması üzrə işlər aparılır. Sözügedən fəaliyyət tibb müəssisələrində İKT-nin imkanlarından istifadə etməklə, İTS-nin məlumat bazasının, habelə müvafiq proqram təminatının yaradılması və geniş tətbiqi məqsədini daşıyır. Bu günədək internetə çıxışın təmin olunması məqsədi ilə tibb müəssisələrinə fiber optik kabel xətti çəkilir, internetin təyin olunmuş məntəqələrə ötürülməsi üçün 106 tibb müəssisəsində kabelləşmə işləri artıq icra olunub. Ümumilikdə ölkə üzrə tibb müəssisələri 3092 ədəd kompüter avadanlığı ilə təchiz olunub.
İKT sahəsi üzrə görülən işlər tibb müəssisələrinin personalı üçün müvafiq təlimlərin keçirilməsini də zəruri etdi. Bu məqsədlə iyul ayından etibarən Agentliyin əməkdaşları tərəfindən xəstəxanaların tam idarəedilməsini təmin edəcək proqram təminatından istifadə qaydaları üzrə təlimlərin keçirilməsinə başlanıldı. İlkin mərhələdə ölkə üzrə 200-dən çox tibb müəssisəsinin qəbul və qeydiyyat şöbələrinin işçiləri üçün təlimlər həyata keçirilib. İkinci mərhələdə isə bu günədək 32 əsas tibb müəssisəsində təlimlər həyata keçirilib. Hazırlanmış işçi plana uyğun olaraq, tibb müəssisələrində İKT infrastrukturunun qurulması üzrə işlərin icrası və təlimlərin keçirilməsi cari ilin sonuna kimi davam etdiriləcək.(Qafqazinfo)
Xınalığa dolu düşüb - VİDEO

Xəbər xətti

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
İranın Azərbaycanı hədəf seçməyinin GİZLİNLƏRİ – Güneyli fəalın ŞƏRHİNDƏ
15:10 19.04.2024
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
14:48 19.04.2024
Hamısı