Bakının Cənub girişi: paytaxtımız haqda ilk mənfi TƏƏSSÜRAT

Cəmiyyət 14:21 25.11.2019

Bu baxımsız ərazi şəhərimiz haqda ilkin təəssüratların müsbət olmasını əngəlləyir və şəhərimizin gözəlliyinə xələl gətirir


Yeni Salyan Şossesi... Paytaxtın cənub girişi, yəni şəhərin mərkəzinə birbaşa əsas giriş yolu. O qədər də şiddətli olmayan, payız fəslinə xarakterik yağışdan sonra Bibiheybət Məscidi ətrafındakı yolun yenidən sürüşərək çökməsi bu ərazini yenidən ictimai diqqət mərkəzinə gətirdi. Cəmi 5-6 ay əvvəl sürüşmədən təmir olunan yol yenidən bağlandı, rəsmilər bu gün hadisə yerinə baxış keçirdilər…


Görünən isə budur ki, Bakının Cənub girişi günü-gündən müasirləşən, abadlaşan paytatımızla müqayisədə çox geridə qalıb. Bibiheybət məscidindən Su İdmanı Sarayınadək uzanan təxminən 2 klometr məsafədə boz çollər, ötən əsrin 30-40-cı illərindən qalma istifadəyə yararsız, hələ də sökülməyən mənasız tikililər, neft gölməçəri insanı məyus edir. Təəssüflə deməliyik ki, bu ərazi Bakının 20-ci əsrin əvvəllərindəki miskin mənzərəsini xatırladır. Şəhərimizə gələn qonaqların ilk gördüyü mənzərə və paytaxtımızla bağlı ilk təəssüratları da, buradan başlayır (fotolara bax).


Məsələ yalnız görüntüdə də deyil. Xüsusilə yay aylarında neft buruqlarının ətrafındakı gölməçələrindən buxarlanan kəskin qoxulu qaz şəhərin ekologiyası və ətrafda yaşayan sakinlərin sağlamlığı üçün ciddi təhlükə mənbəyidir. Bu xoşagəlməz qoxunu həmin sahədə inşa edilmiş jurnalist binalarının sakinləri də mənzillərində hiss edirlər. Bəzi məlumatlara görə, ərazidə zəif miqyaslı radiaktiv fon da mövcuddur. Küləkli havalarda ətraf toz-dumana bürünür, necə deyərlər, göz-gözü görmür. Baxımsız, qumsal ərazidən qalxan toz-torpaq şosse yolunu görünməz edir və ətrafdakı binaların mənzillərinə dolur.


Maraqlıdır, ərazidəki cinayətkarlıq mənbəyi olan tamamilə köhnə, uçuq, istifadəsiz tikililər kimə lazımdır? Qaranlıq vaxtı belə istifadəsiz və yararsız binalara narkomanların yığışdığı haqda də xəbərlər yayılır. Şübhəsiz, ərazi abadlaşdırılsa, burada yaşıllıq və park salınsa, mövcud problemlər də aradan qalxar.


Nəzərə almaq lazımdır ki, müxtəlif beynəlxalq tədbirlər və idman yarışları zamanı turist qismində respublikamıza gəlmiş qonaqların əksəriyyəti şəhərə bu yolla daxil olurlar. Aşağıda gördüyünüz fotonu Bakıda beynəlxalq velosiped yarışları keçirilərkən lentə almışam. Yüzlərlə əcnəbi velosipedçi bu dəhşətli mənzərələri seyr edə-edə yarışırdı. Üstəlik, bu kadrlar yarışı işıqlandıran xarici mediada da dərc olundu.


Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırıqları əsasında Bakıda aparılan genişmiqyaslı abadlıq, quruculuq və yaşıllaşdırma işləri fonunda paytaxtın əsas girişindəki acınacaqlı mənzərə xoşagəlməz təəssürat yaradır. Bəs, görəsən ARDNŞ-nin Ekologiya İdarəsi, BŞİH-in Yaşıllaşdırma İdarəsi, Ekologiya və Təbii Sərbətlər Nazirliyi bu acınacaqlı vəziyyətlə bağlı nə düşünür? Bu boş və çirkablı ərazidə səliqə-sahman yaratmaq, yararsız tikililəri sökdürmək, ağaclar əkmək dünya miqyaslı və nüfuzlu bir şirkətə çox çətindirmi?


Görünən odur ki, bilavasitə ARDNŞ üçün kadrlar hazırlayan Ali Neft Məktəbinin kampusunun da yerləşdiyi bu ərazi tamammilə «unudulub». Axı burada gələcəyin neftçiləri də təhsil alırlar, heç olmasa, onların səhhətini düşünmək lazımdır. Düzdür, bir neçə il əvvəl burada ağaclar əkilib, qismən yaşıllıq salınıb. Amma ərazinin bərbad mənzərəsi fonunda bu işlər o qədər də nəzərə çarpmır. Neft buruqlarının xeyli hissəsi fəaliyyətini dayandırıb. Əlbəttə, neft ehtiyatlarına malik buruqların ətrafını abadlaşdırmaq, buranı açıq neft muzeyinə çevirmək, ərazidə idman meydançaları və parklar salmaq olar.


Bir müddət əvvəl Azərbaycan Prezidenti cənab İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul edərkən şəhərin müasirləşdirilməsi və abadlaşdırılması ilə bağlı dəyərli tövsiyə və tapşırıqlarını verdi: «Bilirsiniz ki, mən şəhərdə gedən abadlıq-quruculuq proseslərinə şəxsən nəzarət edirəm, bir çox layihələrin təşəbbüskarı olmuşam. Bu gün Bakı dünyanın ən gözəl şəhəri kimi inkişaf edir. Bakıya gələn qonaqlar, o cümlədən mənim həmkarlarım həmişə paytaxtda gedən quruculuq-abadlıq işləri haqqında öz təəssüratlarını bölüşürlər və qeyd edirlər ki, Bakı doğrudan da dünyanın ən gözəl şəhərlərindən biridir. Biz elə etməliyik ki, Bakı şəhərinin hər bir yeri abad olsun və vətəndaşları narahat edən problemlər aradan qaldırılsın…»


Əlbəttə, bu ərazidə ciddi işlər görülüb- dənizkənarı bulvar Su İdmanı Sarayınadək uzadılıb, ərazi abadlaşdırılıb, yaşıllıq salınıb. Lakin Su İdmanı Sarayından Bibiheybət məscidinədək olan dənizkənarı və yolkənarı ərazi, fotolardan da göründüyü kimi, bərbad vəziyyətdədir. Bakı Şəhər İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Nazirliyi, ARDNŞ bu ərazini abadlaşdıra, yaşıllaşdıra bilər.


Nəzərə almaq lazımdır ki, bu gün Bakıda yaşıllıq sahələrinin həcminin artırılmasına da böyük ehtiyac var. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın İ.Nəsiminin 650 illik yubileyi ilə bağlı 650 min ağacın əkilməsi təşəbbüsü ilə şıxış etməsi son dərəcə təqdirəlayiqdir. Bu təşəbbüs və görülən işlər yaşıllıqlarının həcmi az olan Bakı üçün hava və su kimi vacib əhəmiyyət kəsb edir. Ümid edirik ki, yaşıllaşdırma və abadlaşdırma işlərinin mühüm bir qismi də paytaxtımızın cənub girişini əhatə edəcək, müasir şəhərimizin gözəlliyini pozan bu ərazi yaşıllığa çevriləcək.

Paytaxt mərkəzinə ən yaxın ərazi kimi şəhər Cənub istiqamətində inkişaf edir, burada yeni binalar, infrastruktur obyektləri inşa edilir. Dənizkənarı zolağı, eləcə də tarixi «İpək Yolu»nun başlanğıcı olan bu magistral yolun ətrafını abadlaşdırıb yaşıllaşdırsaq, ölkəmiz, paytaxtımız, insanlarımız üçün gözəl bir iş görmüş olarıq.


Elçin Bayramlı,
«Ekoloq Jurnalistlər» İctimai Birliyinin sədr müavini

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Azərbaycan Prezidenti Qırğızıstanlı həmkarını COP29-a dəvət etdi
14:15 24.04.2024
Hamısı