Azərbaycan və Qazaxıstan arasında viza ilə bağlı sənədə dəyişiklik edildi | Eurasia Diary - ednews.net

12 Dekabr, Cümə axşamı


Azərbaycan və Qazaxıstan arasında viza ilə bağlı sənədə dəyişiklik edildi

Cəmiyyət A- A A+

Milli Məclisin iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında vətəndaşların qarşılıqlı vizasız gediş-gəlişi haqqında Sazişə dəyişikliklər edilməsi barədə” Protokol müzakirəyə çıxarılıb. 

Eurasia Diary-nin xəbərinə görə, məsələ səsverməyə çıxarılaraq qəbul edilib. 

Sənəddə Qazaxıstan və Azərbaycan vətəndaşlarının bu ölkələrin ərazisində olma müddətinin 30 gündən 90 günə qədər uzadılması, eləcə də, 30 gün müddətinə qeydiyyata alınmadan azad olunması nəzərdə tutulur.(oxu.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...