Xəbər verdiyimiz kimi, noyabrın 30-da Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının və Azərbaycan Mətbuat Şurasının nümayəndələri Naxçıvan Muxtar Respublikasında üç günlük səfərdə olublar. Qonaqlar səfərləri çərçivəsində media mərkəzlərində, tarixi memarlıq abidələrində, ali təhsil ocaqlarında olub, beynəlxalq konfransda iştirak ediblər. Konfrans zamanı Naxçıvan mətbuat şurası Ümumdünya Mətbuat Şuraları Assosiasiyasına üzv seçilib və tərəflər arasında ikitərəfli memorandum imzalanıb.
Qeyd edək ki, konfransdan sonra Azərbaycan Mətbuat Şurası və Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının rəhbər nümayəndələri, xüsusilə Şura sədri Əflatun Amaşov və Şuranın sədr müavini Umud Rəhimoğlu Naxçıvan MR Dövlət televiziya kanalında yayımlanan Günün sözü verilişinin qonağı olublar.
Eurasia Diary həmin verilişin video yazısını sizə təqdim edir: