Eurasia Diary-nin verdiyi məlumata görə, 2019-cu il noyabr ayının 24-də, bazar günü Yaxın Şərq Sərhədsiz Yazıcılar Cəmiyyəti BMT partnyoru Qlobal İnkişaf və Planlaşdırma Fondu ilə anlaşma memorandumu imzalamışdır. Memorandumu Qlobal İnkişaf və Planlaşdırma Fondunun prezidenti İkram əl-Zəğğat və Yaxın Şərq Sərhədsiz Yazıcılar Cəmiyyətinin prezidenti Qeys əl-Rizvani imzalamışlar. Bu memoranduma əsasən Təşkilatın üzvləri Fondun qlobal inkaişaf və humanizm fəaliyyətində səs və onu təmsil etmək hüququna malik olurlar.
Bu sazişə əsasən Təşkilatın beynəlxalq səviyyədə fəaliyyət imkanları da genişlənir.
Qeyd edilməlidir ki, Qeys əl-Rizvani konsul ranqında yüksək səviyyəli diplomatik pasport sahibi olmaqla Fondun İraq Respublikasında icraçı direktoru vəzifəsinə təyin olunmuşdur. Bu da ona İraqın bərpası layihələrində investorlar cəlb etməklə fəal şəkildə iştirak imkanı verəcəkdir.
Bu münasubətlə Təşkilatın İdarə Heyəti Qeys əl-Rizvani başda olmaqla Təşkilatın İraqdakı bütün üzvlərini və dünya ölkələrindəki nümayəndəliklərini təbrik edir. Onlara hər cür yardım və dəstəyin göstərəcəyini vəd edir.