Baş nazir Əli Əsədovdan uşaqlarla bağlı - MÜHÜM QƏRAR | Eurasia Diary - ednews.net

24 Yanvar, Cümə


Baş nazir Əli Əsədovdan uşaqlarla bağlı - MÜHÜM QƏRAR

Cəmiyyət A- A A+

Nazirlər Kabineti “Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası”nda dəyişiklik edib.

Eurasia Diary oxu.az-ın məlumatına əsasən bildirir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Nazirlər Kabineti qərara alıb ki, “Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası”na əlavə olunsun.  

Belə ki, “Elektron anketin forması”nın 18-ci hissəsində “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi” sözləri “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi” sözləri ilə əvəz edilib.

Qeyd edək ki, 18-ci hissə uşağın himayədə və ya qəyyumluqda olması ilə bağlıdır.

Bildirilir ki, uşaq valideynlərini itirmiş və yaxud valideyn himayəsindən məhrum olubsa, valideynlərini itirdiyi və yaxud valideyn himayəsindən məhrum olduğu tarix, övladlığa götürülməyə növbədədirsə, bu barədə məlumatlar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə yerli icra hakimiyyəti orqanında olur.

Baş nazirin qərarına görə, bu səlahiyyət Komitədən alınıb Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...