Uşaqları bu qidalardan uzaq tutun - Qaraciyəri məhv edir | Eurasia Diary - ednews.net

19 Yanvar,


Uşaqları bu qidalardan uzaq tutun - Qaraciyəri məhv edir

Cəmiyyət A- A A+
İtaliya mütəxəssisləri araşdırma nəticəsində aşkar ediblər ki,bəzi qidaların qəbulu uşaqlarda qaraciyərin sıradan çıxmasına gətirib çıxarır. Belə ki, şirin qazlı içkilərin, pizzanın, peçenye və yoqurtların tez-tez qəbulu uşaqların qaraciyərinə çox mənfi təsir edir və onlarda bir çox qaraciyər xəstəliklərinin riskini artırır.
 
Eurasia Diary xəbər verir ki, alimlər xüsusilə vurğulayır, qidalanmada fruktozanın (peçenye, yoqurtlar və s. şirin qidaların tərkibində var) artıqlığı orqanizmdə sidik turşusunun miqdarını artırır ki, bu da qaraciyərin hüceyrələrinə (hepatosirlər) mənfi təsir edir, qaraciyərin piylənməsinə yol açır.
 
Qaraciyərin piylənməsi olduqca təhlükəli xəstəlikdir ki, inkişaf etikcə bu xəstəlik qaraciyər sirrozunun inkişafına gətirib çıxardır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...