ANS qayıdır - Yeni adla | Eurasia Diary - ednews.net

19 Yanvar,


ANS qayıdır - Yeni adla

Cəmiyyət A- A A+

ANS Şirkətlər Qrupu MMC-nin vitse-prezidenti, tanınmış jurnalist Seyfulla Mustafayev yeni şirkət yaradıb.

Eurasia Diary report-a istinadən xəbər verir ki, söhbət İNS ÇM MMC-dən gedir.

Yeni kommersiya qurumunun adı 2016-cı ilin iyul ayına qədər adı çəkilən holdinqin tərkibində fəaliyyət göstərmiş Milli Qəhrəman Çingiz Mustafayev adına ANS ÇM radiosunu xatırladır. Milli Televiziya Radio Şurası bu günlərdə həmin radionun vaxtilə yayımlandığı 102FM tezliyini müsabiqəyə çıxarıb.

Vergilər Nazirliyinin məlumatına görə, İNS ÇM noyabrın 12-də dövlət qeydiyyatına alınıb. Onun hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, ev 174, mənzil 62, nizamnamə kapitalı 100 manatdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...