Anbarda partlayış baş verdi - Rəis və oğlu xəsarət alıb | Eurasia Diary - ednews.net

22 Yanvar, Çərşənbə


Anbarda partlayış baş verdi - Rəis və oğlu xəsarət alıb

Cəmiyyət A- A A+
Abşeron rayonunda baş vermiş partlayışda iki nəfər xəsarət alıb.
 
Eurasia Diary BakuPost-a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhəri 50-də yerləşən "İntertexnika" MMC-nin anbarında qaz sızmasından baş verib.
 
Baş verən partlayış nəticəsində şirkətin istismar rəisi, 1982-ci il təvəllüdlü Qasımov Azad Vahid oğlu və onun azyaşlı öğlu, 2013-cü il təvəllüdlü Qasımov Şəhriyar Azad oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
 
Faktla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...