Yanğın zamanı ard-arda iki partlayış olub - Eksklüziv görüntülər - YENİLƏNİB - VİDEO - FOTOLAR | Eurasia Diary - ednews.net

20 Sentyabr,


Yanğın zamanı ard-arda iki partlayış olub - Eksklüziv görüntülər - YENİLƏNİB - VİDEO - FOTOLAR

Cəmiyyət A- A A+

Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində baş verən yanğın artıq sönmək üzrədir. Yanğının qarşısının alınması ilə bazarın o biri hissəsinə ciddi xələl gəlməyib.

***
“EuroHome” tikinti materialları bazarında baş verən yanğın nəticəsində bazarın yol istiqamətdə olan hissəsinin 90 faizi yanmaqdadır. Bazar ərazisinin 70 faiz hissəsi isə təmamilə yararsız hala düşüb. Hadisə yerinə cəlb olunmuş helikopterlər hər 5 dəqiqədən bir yanğının üzərinə su səpməyə davam edir. Yanğınsöndürmə əməliyyatına təyyarə də qatılıb.
 
***
 
FHN-dən Eurasia Diary-ə verilən məlumata görə havadakı helikopterlerin sayı artırılıb. Yanğın davamlı şəkil aldığından içəri daxil olmaq çətinləşib. Faktla bağlı araşdırma gedir.

***

Xəbər verdiyimiz kimi, Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın olub.

Eurasia Diary xəbər verir ki, yanğın zamanı ard-arda olmaqla iki dəfə partlayış baş verib. Partlayış nəticəsində ətrafdakı 4 avtomobilə ziyan dəyib. Hadisə yerinə 3 helikopter və 1 təyyarə cəlb olunub.  

"EuroHome" tikinti materialları bazarında yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin helikopteri cəlb olunub.
 
***
 
Səhiyyə Nazirliyi Bakı-Sumqayıt yolunda "Ekologiya postu" kimi tanınan ərazinin yaxınlığında olan tikinti materialları bazarında olan yanğınla bağlı son vəziyyəti açıqlayıb.
 
Nazirliyin mətbuat xidmətindən Eurasia Diary-ə verilən məlumata görə, hadisə yerinə çağırış saat 08:18-də daxil olub:
 
"Hadisə yerinə 4 Təcili Tibbi Yardım briqadası yollanıb. Saat 09:15 üçün Təcili Tibbi yardım briqadalarına bir nəfər sahibkar müraciət edib. Ona yerində yardım göstərilib".
 
*** 

Yanğın bazarın keramik məhsullar satılan hissəsində başlayıb. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
 
***
 
Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın başlayıb.
 
Eurasia Diary xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
 
Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...