Bakıya 2 yeni ikimərtəbəli qatarlar gətirilib | Eurasia Diary - ednews.net

20 Sentyabr,


Bakıya 2 yeni ikimərtəbəli qatarlar gətirilib

Cəmiyyət A- A A+
"Azərbaycan Dəmir Yolları" QSC sərnişinlərin istəklərini nəzərə alaraq İsveçrənin "Stadler Real Group" şirkətindən daha iki ədəd ikimərtəbəli elektrik qatar alıb.
 
Eurasia Diary-nin məlumatına görə, bunu sözügedən qatarların təqdimetmə mərasimində jurnalistlərə açıqlama verən QSC-nin Mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova deyib.
 
Onun sözlərinə görə, qatarın biri Bakı-Sumqayıt istiqamətində, digəri isə Bakı-Pirşağı istiqamətində hərəkət edəcəyi nəzərdə tutulub.
 
Yeni qatarlar 371 oturacaqla təmin olunub. Onlardan 9-u birinci sinif, 62-si biznes, 300-ü isə standart yerlərdir.
 
Natəvan Bayramova əlavə edib ki, ümumiyyətlə, İsveçrənin "Stadler Real Group" şirkətindən alınan bu tipli qatarların sayı 9-a çatıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...