Dünən yol qəzalarında 4 nəfər ölüb | Eurasia Diary - ednews.net

28 Yanvar, Çərşənbə axşamı


Dünən yol qəzalarında 4 nəfər ölüb

Cəmiyyət A- A A+
Daxili işlər orqanları dünən gün ərzində törədilən 27 cinayətin üstünü “isti üzlər”lə açıb.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Eurasia Diary-ə verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması təmin olunub.
 
Axtarışda olduğuna görə ümumilikdə 35 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 21 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb.
 
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12 fakt müəyyən edilib.
 
Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb.
 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...