BAMF prezidenti Əl-Cəzirə TV-nin rəhbəri ilə görüşüb - TV-nin çəkdiyi filimlər Azərbaycanca dublaj ediləcək... - FOTOLAR | Eurasia Diary - ednews.net

23 Sentyabr, Çərşənbə


BAMF prezidenti Əl-Cəzirə TV-nin rəhbəri ilə görüşüb - TV-nin çəkdiyi filimlər Azərbaycanca dublaj ediləcək... - FOTOLAR

Cəmiyyət A- A A+

Xəbər verdiyimiz kimi Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev Əl-Cəzirə İctimai Azadlıqlar və İnsan Haqları Mərkəzinin 8-9 dekabr tarixlərində Qətərin Doha şəhərində təşkil etdiyi "Media azadlığının problemləri: cəzasızlığa qarşı mübarizə, qanunun aliliyi və məlumat verməkdən imtina etmək" mövzusunda keçirilən simpoziumda iştirak edib.

Səfər çərçivəsində U.Mirzəyev bu gün Əl-Cəzirə TV-nin rəhbəri Mustafa Souj ilə görüşüb. BAMF prezidenti görüşün təfərüatları barədə Eurasia Diary-ə eksklüziv açıqlama verib:

"Məlumdur ki, dünyanın ən məşhur media qurumlarından olan Əl-Cəzirə TV-nin ana hədəflərindən biri də söz azadlığı və insan haqlarının qorunmasıdır. Mövzu ilə ilgili bu möhtəşəm media qurumunun təşkilatçılığı ilə son günlər Dohada keçirilən simpoziumda xüsusi qonaqlar sırasında iştirak etmək mənə də nəsib oldu.Simpoziumda bir çox məsələrdən danışıldı. Mən də özümüzdən danışdım. Əl-Cəzirə Media Şəbəkəsinin icraçı direktoru Mustafa Soujla da özəl görüşümüz oldu. Bir saatdan çox onun ofisində əməkdaşlıq prespektivlərimiz barədə davam edən görüşümüz zamanı mən Azərbaycanla bağlı BAMF-ın dəstəyi ilə Əl-Cəzirə TV-nin çəkdiyi beş ədəd, hər biri iyirmi beş dəqiqə olan filmlərə görə də dərin təşəkkür etdim. Bu yöndə əməkdaşlığımızın davam etdirilməsi və filmlərin Azərbaycan dilinə də dublaj edilməsi məsələlərində razılığa gəldik.

 

 

1

1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...