BƏƏ BƏŞƏR QARDAŞLIĞI MESAJINI YAYIR - FOTOLAR | Eurasia Diary - ednews.net

26 Yanvar,


BƏƏ BƏŞƏR QARDAŞLIĞI MESAJINI YAYIR - FOTOLAR

Cəmiyyət A- A A+
Daha əvvəl məlumat verildiyi kimi  2019-cu il BƏƏ-də Tolerantlıq İli elan edilmişdir. Bu ölkə  müxtəlif millətlərdən, dini etiqadlardan olan insanların evidir. 
Bu münasibətlə  Bakıdakı BƏƏ səfirliyinin Müvəqqəti İşlər Vəkili cənab Abdalla AlShamsi  Bakıda fəaliyyət göstərən bəzi dini icmalarla görüşmüş, məbədlərini ziyarət etmişdir. Bunlar: 
Cənab Salman  Musayev  - Qafqaz Müsəlmanları İdarəsinin 1-ci müavini;
Cənab Vladimir Fekete- Roma katolik kilsəsinin Azərbaycandakı ordinarisi 
Cənab Aleksandr İşein - Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının Arxiyepiskopu 
Cənab Melih Yevdayev - Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri 
 
Cənab Abdalla AlShamsi  bu ilin fevral ayında BƏƏ-yə  tarixi səfər çərçivəsində Roma Papası Fransisk və  Əl-Əzhər məscidinin imamı Əhməd Ət-Tayyib tərəfindən imzalanmış Dünyanın Sülh və Birgə yaşayışı üçün Bəşər Qardaşlığına  dair Sənədin   mesajını çatdırmışdır 
Görüşlər ərzində o, həmçinin bu faktı da xatırlatmışdır ki, BƏƏ  dini harmoniya üçün baxışını ortaya qoymuş  və  ölkənin paytaxtında məscid, kilsə və sinaqoqa ev sahibliyi edəcək dinlərarası komleksin inşası planını açıqlamışdır: Əbu Dabidə Luvr muzeyinə yaxın ərazidə İbrahimi Ailə Evinin  2022-ci ildə açılışı planlaşdırılır. Bu Ev  BƏƏ-də  müxtəlif etnik qruplar, milliyyətlər və dini etiqad nümayəndələrinin yaşadığı birgəyaşayış və bəşər qardaşlığının rəmzi olacaq.
 
1

1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...