Oqtay Gülalıyevdən xəbər var - Ümid yaranıb | Eurasia Diary - ednews.net

28 Sentyabr, Bazar ertəsi


Oqtay Gülalıyevdən xəbər var - Ümid yaranıb

Cəmiyyət A- A A+

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin vəziyyətində müsbət dinamika müşahidə olunur. Son sutkalar fəal daha yaxşı nəfəs almağa başlayıb, böyrəyindəki kreatin azalmağa başlayıb, temperatur normaya düşüb.

Eurasia Diary xəbər verir ki, bu barədə Turan-a hüquq müdafiəçisinin xanımı Füruzə Gülalıyeva bildirib.
 
Buna baxmayaraq, o hələ də komadadır. Lakin müalicədəki müsbət dinamika fəalın bu durumdan çıxacağına ümid yaradır.
 
Xatırladaq ki, tanınmış hüquq müdafiəçisini oktyabrın 29-da Bakının mərkəzində maşın vurub. O, ağır kəllə-beyin travması alıb, beyninə qan sızıb. Bir neçə saatdan sonra komaya düşüb. Oktyabrın 30-da Bakıda ona neyrocərrahiyyə əməliyyatı edilib.
 
Noyabrın 5-də Heydər Əliyev Fondunun dəvəti ilə gələn türkiyəli mütəxəssislər O.Gülalıyevin müalicə üçün Türkiyəyə aparılmasını tövsiyə ediblər. Noyabrın 6-da o, AZAL-ın xüsusi reysi ilə İstanbula göndərilib və “Avrasiya” klinikasına yerləşdirilib. Noyabrın 19-da “Amerika” xəstəxanasına köçürülüb, ertəsi gün başına yığılmış mayeni çıxarmaq üçün başqa bir neyrocərrahiyyə əməliyyatı keçirilib.
 
Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın göstərişi ilə O.Gülalıyevin müalicəsi ilə bağlı bütün xərcləri Heydər Əliyev Fondu öz üzərinə götürüb.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...