"EuroHome"da mağazası yanan sahibkarlar aksiyaya başladı | Eurasia Diary - ednews.net

19 Sentyabr, Şənbə


"EuroHome"da mağazası yanan sahibkarlar aksiyaya başladı

Cəmiyyət A- A A+

"EuroHome" tikinti materialları bazarında baş verən yanğında zərərçəkən sahibkarlar yenidən aksiya keçirir.

Eurasia Diary xəbər verir ki, sahibkarlar zərərçəkənlərə heç bir qurumun dəstək olmadığını bildirir.

Sahibkarlar onlara konpensasiya ödənilməsini, biznes üçün götürdükləri kreditlərin bağlanmasını və şirkətlərə borcların qarşılanması üçün dəstəyin göstərilməsini istəyir.

Qeyd edək ki, bundan əvvəlki aksiya zamanı hadisə yerinə gələn Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev hadisənin araşdırıldığını, sığortanın olmadığı halda ödənişin çətin olacağını bildirib. Bazarda isə heç bir sahibkarın sığortası yoxdur.

Zərərçəkənlər bu gündən evlərinə getməyəcəklərini və gecəni Bakı-Sumqayıt yolunun kənarında, yanmış bazarın qarşısında keçirəcəklərini bildiriblər. (qaynar.info)

 

 
  •  

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...