Oqtay Gülalıyevin vəziyyətində irəliləyiş var - Oğlu DANIŞDI | Eurasia Diary - ednews.net

29 Yanvar, Çərşənbə


Oqtay Gülalıyevin vəziyyətində irəliləyiş var - Oğlu DANIŞDI

Cəmiyyət A- A A+
“Atam Oqtay Gülalıyevin durumunda irəliləyiş müşahidə olunur”.
 
Eurasia Diary-nin məlumatına görə, bunu İstanbuldakı “Amerika xəstəxanası”nda  koma vəziyyətində olan hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev bildirib.
 
Oğlunun sözlərinə görə, son 2 gündə O.Gülalıyevin hərarəti olmayıb və nəfəs alması yaxşılaşıb:
 
 
“Həmçinin böyrəklərində olan keratinin səviyyəsi azalmağa doğru gedir. Tez bir zamanda daha yaxşı xəbərlər vermək diləyi ilə atama dəstək olan hər kəsə ailəmiz adından öz dərin təşəkkürümü bildirirəm!”.
Xatırladaq ki, Oqtay Gülalıyevi 2019-cu il oktyabrın 29-du axşam saatlarında Bakıda minik avtomobili vurub. Hadisə hüquq müdafiəçisi yolu keçərkən, düz piyada xəttinin üstündə baş verib.
 
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatına görə, Oqtay Gülalıyev taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə vurulub. Sürücü Oqtay Gülalıyevi Kliniki Tibbi Mərkəzə çatdırıb. İlkin tibbi yardım göstərildikdən sonra Oqtay Gülalıyev “City Hospital”a köçürülüb, oktyabrın 30-u saat 13 radələrində burada əməliyyat olunub.
 
Beyin əzilməsi diaqnozu qoyulan Oqtay Gülalıyev noyabrın 1-də Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb.
Bir gün sonra Türkiyəyə aparılıb.
 
Onun bütün müalicə xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...