İlham Əliyev Dövlət Komissiyasının tərkibini dəyişdi | Eurasia Diary - ednews.net

28 Yanvar, Çərşənbə axşamı


İlham Əliyev Dövlət Komissiyasının tərkibini dəyişdi

Cəmiyyət A- A A+
Prezident İlham Əliyev “Azərbaycan təbii qazının dünya bazarına Cənub Qaz Dəhlizi vasitəsilə nəqli ilə əlaqədar tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 oktyabr tarixli 15 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
 
Eurasia Diary-nin məlumatına görə, sərəncamda qeyd edilir ki, “Azərbaycan təbii qazının dünya bazarına Cənub Qaz Dəhlizi vasitəsilə nəqli ilə əlaqədar tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 oktyabr tarixli 15 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 10, maddə 1188; 2016, № 8, maddə 1384; 2018, № 6, maddə 1297) 1-ci hissəsi ilə təsdiq edilmiş Dövlət Komissiyasının tərkibi aşağıdakı redaksiyada verilsin:
 
“Komissiyanın sədri
 
Azərbaycan Respublikası Baş nazirinin birinci müavini
 
Komissiyanın üzvləri
 
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri
 
Azərbaycan Respublikasının energetika naziri
 
Azərbaycan Respublikasının iqtisadiyyat naziri
 
Azərbaycan Respublikasının maliyyə naziri
 
Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
 
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti
 
Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru.”.
 
Dövlət Komissiyasına tapşırılsın ki, bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...