Məmur evində ana və qızı vəhşicəsinə qətlə yetirildi - FOTOLAR | Eurasia Diary - ednews.net

27 Yanvar, Bazar ertəsi


Məmur evində ana və qızı vəhşicəsinə qətlə yetirildi - FOTOLAR

Cəmiyyət A- A A+
Bakıda ana və qızı öldürülüb.
 
Eurasia Diary-nin verdiyi xəbərə görə, Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bu barədə feysbuk hesabına məlumat paylaşıb.
 
O qeyd edib ki, dekabrın 13-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində 1968-ci il təvəllüdlü Fatma Həmzəyeva və 1994-cü il təvəllüdlü qızı Elgün Niftizadənin yaşadıqları mənzildə üzərlərində çoxsaylı kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətləri olan meyitləri aşkar edilib.
 
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Cinayəti törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.
 
***
Bakının Sabunçu rayonu ərazisində baş verən dəhşətli qətlin təfərrüatları məlum olub. Criminal.az xəbər verir ki, xəbər verir ki, qətl Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi 49A ünvanındakı "Uğur-2" yaşayış kompleksindəki mənzildə törədilib.
 
Mənzildə kirayə yaşayan ana və gənc qızı naməlum şəxs tərəfindən öldürülüb.
 
İlkin ehtimala görə, qətli ailənin oğlu törədib.
 
Meyitlər müayinə üçün məhkəmə-tibbi ekspertizasına aparılıb.
 
Qətl törədilən mənzil məmura – Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsinin Rafiq adlı əməkdaşına məxsusdur. Həmin şəxsin hadisə baş verən kompleksdə bir neçə mənzili kirayə verdiyi iddia olunur.
 
Qeyd edək ki, Baş Prokurorluq da hadisəylə bağlı məlumat yayıb. Bildirilir ki, faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Cinayəti törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.
 
Bakıda dəhşət:  Məmurun arvadını və qızını öldürdülər
Bakıda dəhşət:  Məmurun arvadını və qızını öldürdülər

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...