Hava balonu ilə yaşayan şəhid övladı Elxan Mehdiyev dünyasını dəyişib.
Bu barədə Eurasia Diary-ə məlumat daxil olub.
1992-ci ildə Ağdərə rayonu uğrundakı döyüşlərdə şəhid olan Elman Mehdiyevin oğlu Elxan Mehdiyev kəskin bronxial astmadan əziyyət çəkirdi. O, 2004-cu ildə hərbi xidmətə yollandıqdan sonra vərəmə yoluxmuşdu. Əsgərliyi başa vurmasına 6 ay qalmış isə xidmətə yararsız hesab edilmişdi.
Allah rəhmət eləsin!
Qeyd edək ki, Eurasia Diary-nin əməkdaşı Nicat Cəlilov Elxan Mehdiyevdən müsahibə almışdı. Həmin müsahibəni təqdim edirik: