Parlament seçkiləri ilə bağlı seçki dairələrinə artıq 1329 nəfər müraciət edib. Onların 262-i siyasi partiyalar tərəfindən irəli sürülüb.
Eurasia Diary xəbər verir ki, bu barədə MSK-nın iclasında komissiya sədri Məzahir Pənahov bildirib.
M.Pənahov bildirib ki, onlardan 512-nin siyasi mənsubiyyəti var. Müraciət edənlərdən 1042-i təsdiq olunub. 829-u imza vərəqlərini götürüb, 60-ı geri qaytarılıb.
1 nəfərin isə seçkidə namizədliyi qeydə alınıb.