Xəbər verdiyimiz kimi Salyan rayon polis şöbəsinin həyətində polis özünü yandırıb.
Eurasia Diary xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən DİN-in Mətbuat Xidmətinin Şirvan Regional qrupunun baş inspektoru, polis baş leytenantı Toğrul Nəsirli bildirib ki, faktla bağlı araşdırma aparılır:
"İctimai təhlükəsizlik bölməsinin 33 yaşlı əməkdaşı Miri Bəxtiyar oğlu Fətiyev özünü yandırmağa cəhd edib. Həmin an onun yaxınlığında olan polis əməkdaşlarının müdaxiləsindən sonra yanğın söndürülüb. Adıçəkilən polis əməkdaşı yüngül xəsarət alıb. Baş verən hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin aidiyyatı orqanları tərəfindən araşdırma aparılır".