Professor Rafail Əhmədlinin oğlu zəhərlənmədən dünyasını dəyişib.
Eurasia Diary xəbər verir ki, bu barədə təhsil eksperti Etibar Əliyev "feysbuk" hesabında yazıb:
"Dəyərli dostumuz professor Rafael Əhmədovun 28 yaşlı oğlu Rüfət Əhmədovu həkimlər botulizm zəhərlənməsindən xilas edə bilmədilər. Əziz dostum, kədərinə şərikəm, Allahdan sənə səbr diləyirəm.
Allah Rəhmət eləsin".
Qeyd edək ki, Rafail Əhmədli Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) şöbə müdiri olub.
O, hazırda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fәlsәfә vә Hüquq İnstitutunda çalışır. (BakuPost)