Azərbaycan MEA Arxeologiya və Etnoqrafiya İnstitutu Tunc və ilk dəmir dövrü arxeologiyası şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü Vəli Əliyev 8 yanvar 2020-ci il tarixində vəfat edib.
Millət vəkili Musa Quliyev akademik Vəli Əliyevin ölümü ilə bağlı özünün Facebook səhifəsində fikirlərini bölüşüb:
"Görkəmli tarixçi alim, gözəl ziyalı, milli ruhlu Vətəndaş, səmimi insan, etibarlı dost akademik Vəli Əliyevin ölüm xəbərini dərin sarsıntı və hüzünlə qarşıladım. Təbii ki, bir gün yaranan, bir başqa gün də bu fani dünyaya əlvida edəcəkdir. Amma Vəli müəllim kimi şəxsiyyətlərin dünyadan getməsi onsuz da mənəvi kasıblıq içində olan cəmiyyətimiz üçün böyük itkidir. Vəli müəllim mənim "Zəngəzur" əsərimin elmi redaktoru olmuş, "Zəngəzur toponimlər" kitabımın təqdimatında bir ziyalı sanbalı və böyük ürək genişliyi ilə çıxış etmiş, dəyərli tövsiyyələrini vermişdir. O qədim dövr tariximizin dərin bilicisi, Gəmiqaya abidələrinin yorulmaz tədqiqatçısı idi.
Onun yaratdığı əsərləri, nurlu çöhrəsi, işıqlı xatirəsi bu dünyada qalan oldu.
Əzizlərinə baş sağlığı verir, böyük alimə Allahdan rəhmət diləyirəm!