Abşeron Gənclər Şəhərciyində baş vermiş yanğın söndürülüb.
Fövqəladə Hallar Nazirliyindən Eurasia Diary-ə verilən məlumata görə, Şəhərcikdə olan mənzilin 2 m² sahəsi yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
Xırdalan şəhərində yanğın hadisəsi baş verib.
Eurasia Diary-nin xəbərinə görə, hadisə şəhərin Abşeron Gənclər Şəhərciyində qeydə alınıb.
Belə ki, Şəhərcikdə olan yaşayış binaların birinin 6-cı mərtəbəsində yanğın başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 3 yanğınsöndürən maşını cəlb edilib.
Hazırda yanğınsöndürənlər yanğının söndürülməsinə çalışır.