Ekologiya və Təbii Sərvətlər Nazirliyi- - İşçi axtarır | Eurasia Diary - ednews.net

23 Sentyabr, Çərşənbə


Ekologiya və Təbii Sərvətlər Nazirliyi- - İşçi axtarır

Cəmiyyət A- A A+
Göygöl, Altıağac, Hirkan, Qızılağac, Şahdağ, Samur-Yalama Milli Parklarına və Korçay, Eldar Şamı Dövlət Təbiət Qoruqlarına rəhbər vəzifələrə işə qəbul üzrə müsabiqə elan edilib.
Müsabiqədə yaşı 25-dən yuxarı, ali təhsilli və rəhbər vəzifədə ən azı 5 il iş təcrübəsi olan şəxslər iştirak edə bilər.
Eurasia Diary xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İnsan Resurslarının İdarə Edilməsi şöbəsinin müdiri Orxan  Məhərrəmli  bildirib.
O qeyd edib ki, namizədlərin seçimi  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İDEA İctimai Birliyinin  və Dövlət Turizm Agentliyinin  mütəxəssislərindən ibarət  komissiya tərəfindən həyata keçiriləcək.
“Müsabiqədə iştirak edəcək namizədlərdən idarəetmə bacarığı, sahəvi biliklər, ümumi dünyagörüşü, sahə üzrə iş təcrübəsi, natiqlik, kompyuter və xarici dil bilikləri tələb olunur”.
Şöbə müdiri onu da bildirib ki, seçimlər zamanı təbiət elmləri üzrə elmi dərəcəsi olan namizədlərə üstünlük veriləcək. “Müsabiqədə iştirak etmək istəyənlər sənədlərini (kadrların şəxsi uçot vərəqəsi, tərcümeyi-hal və ali təhsil haqqında diplomun surəti)  30 yanvar 2020-ci il tarixinədək Nazirliyin İnsan Resurslarının İdarə Edilməsi şöbəsinə təqdim etməlidirlər”. 
 
Elanla tanış olmaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz:

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...