"Öz ixtisasını bilməyənin məntiq nəyinə lazımdır?" Ekspertlər Nazirlər Kabinetinin qərarına etiraz edir

Cəmiyyət 17:27 15.01.2020

Təhsil hər kəs üçün önəmlidir. Təhsil sistemində baş verən bir çox dəyişiklər onun yeni tələblərə ayaq uydurması üçün həyata keçirilir.

Son zamanlar qəbul imtahanı zamanı test suallarının bəzilərinin açıq sualla əvəz edilməsi, xarici dil fənninə aid suallara “dinləmək və yazmaq” sualların əlavə edilməsi və başqaları yeni dəyişikliklərə misal göstərilə bilər.

Dövlət İmtahan Mərkəzi dəyişik etməyi sevir, tez-tez imtahanların qəbul mərhələlərində müxtəlif yeniliklər edir. Bu cür dəyişikliklərdən biridə ötən gün qəbul edildi. Magistraturaya qəbul imtahanın ikinci mərhələsi ləğv olundu...

DİM-dən magistraturaya qəbul imtahanına dəyişikliklərlə bağlı AÇIQLAMA:

 “Bundan sonra bakalavr müsabiqədə imtahandan topladığı bal əsasında iştirak edəcək.  Ümumi orta müvəffəqiyyət göstəricisindən (ÜOMG) isə müsabiqə zamanı ümumi balı eyni olan iki və daha çox bakalavrı fərqləndirmək üçün əlavə göstəricilərdən biri kimi istifadə edilir.

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasının ixtisaslaşmaları və jurnalistika üzrə magistratura ixtisaslaşmalarından başqa qalan bütün ixtisaslaşmalara qəbul imtahanı bir mərhələdə - ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi üzrə keçirilməsi nəzərdə tutulub.  

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasının ixtisaslaşmalarına və jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən və qəbul imtahanındakı (məntiq, informatika, xarici dil) nəticələri Mərkəz tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtini ödəyən bakalavrlar isə qəbul imtahanını verdikdən sonra Mərkəz tərəfindən elan edilən müddətdə qabiliyyət imtahanı verməlidirlər. Qabiliyyət imtahanından “məqbul” qiymət alan bakalavrlar ixtisas seçiminə buraxılacaqlar”.

   Bəs bu dəyişikliklər magistratura imtahanlarını asanlaşdıracaq və yoxsa daha da çətinləşdirəcək? Edilən dəyişikliklər tələbərin marağına nə qədər uyğundur? Bu dəyişikliklərə, ümumiyyətlə, gərək vardımı?

Bu sualları ekspertlərə ünvanladıq.

“Dünya yeni bir dövrə qədəm qoyur, daha çox ixtisas bilikləri yüksək səviyyədə olan kadrlarla ehtiyac duyulur, biz isə ondan imtina edirik” – deyə, təhsil üzrə ekspert Kamran Əsədov Eurasia Diary-ə açıqlamasında bildirib:

“Bir neçə ay əvvəldən məlum olduğu kimi, magistraturaya qəbul imtahanın yalnız bir mərhələdə ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi üzrə keçirilməsini nəzərdə tutan dəyişik, Nazirlər kabineti tərəfindən təsdiq olundu. Qərarda qeyd olunur ki, dəyişikliklər beynəlxalq təcrübəyə istinad olunur. Amma mənə maraqlıdır ki, hansı beynəlxalq təcrübəyə? Axı, bizim heç bir universitet beynəlxalq reytinqdə yoxdur, axı, bizim heç bir universitetdə beynəlxalq təcrübəyə istinad olunmuş dərs keçirilmir. Axı, bizim heç bir universitetdə əmək bazarının tələblərinə uyğun kadr hazırlığı həyata keçirilmir. Onlar bir yana dursun, bizim universitetlərin maddi-texniki bazası, infrasturkturu, idarəetməsi, kitabxanası, mühazirə mətnləri dünya reytinqində ilk 2 mində olan universitetlərdən geri qalırsa, hansı dünya təcrübəsindən danışılır? Zəhmət olmasa, mənə bir yazsınlar ki, hansı beynəxalq təcrübəyə əsaslanıblar?! Onsuzda bizim universitetlərdə tələbələr ixtisaslarını zəif oxuyurdu, heç olmasa magistratura səviyyəsinə qəbul zamanı bir az onu oxuyurdular, indi heç o da olmayacaq”.

Ekspert həmçinin prezident İlham Əliyevin sözügedən dəyişiklikləri ləğv edəcəyinə ümid etdiyini bildirib:

“Maraqlıdır ki, magistratura  yüksəkixtisaslı, sərbəst yaradıcılıq fəaliyyəti göstərə biləcək mütəxəssislərin hazırlığını təmin edən təhsil prosesidir. Amma yüksək ixtisaslı kadr ixtisas imkanı vermədən qəbul olacaq. Ümid edirəm ki, ölkə prezidenti Cənab İlham Əliyev bu dəyişikliyi qəbul etməyəcək”.

“ Yeni qaydalar ciddi problemlər də yaradacaq. Belə ki, yeni qaydalara görə bir mərhələdən sonra iştirakçıların təhsil aldıqları müddətdə əldə etdikləri akademik göstəricilər, yəni qiyməti, balı hesablanıb orta bal çıxacaq və o da birinci mərhələnin üzərinə gələcək yekun bal olaraq, toplanacaq. Yaxşı bəs əvvəlki illərdə məzun olanların orta balı neçə çıxacaq? Axı indi qiymətləndirmə 100 ballıq şkala üzrə müəyyənləşir, amma əvvələr 5 ballıq şkala üzrə qiymət alınırdı. İndi isə A,B,C,D ilə. Düzdür, magistratura səviyyəsində dünya təcrübəsinin Azərbaycan təhsil sisteminə tətbiq edilməsinin vaxtı çatıb. Amma bunu qəbul imtahanı ilə həyata keçirmirlər. Bunun üçün universitetlərdə ixtisaslar üzrə çatışmazlığı, ciddi problemləri aradan qaldırılmaq lazımdır.

Hazırda Avropada və Türkiyədə dərslərin əksəriyyəti tədqiqat yönümlü fənlərdir. Tədqiqat metodları, ixtisasa uyğun müxtəlif proqramlar, təhlil aparma metodları və sair tədris edilir. Bizdə bunların hansı var? Dünya yeni bir dövrə qədəm qoyur, daha çox ixtisas bilikləri yüksək səviyyədə olan kadrlarla ehtiyac duyulur, biz isə ondan imtina edirik. İmtahanda iştirak edənlərin nəticələri ixtisas fənindən imtinanın məqbul olmadğını göstərir.

Belə ki, 2019-cu il fevralın 24-də keçirilən imtahanda iştirak etmək üçün 12684 bakalavr qeydiyyatdan keçib və onlardan 118 nəfəri (qeydiyyatdan keçənlərin 0,93 faizi) imtahana gəlməyib. 2017 və 2018-ci illərdə isə imtahanda iştirak etmək üçün müvafiq olaraq, qeydiyyatdan keçən 13081 və 12387 nəfərin 109 (0,83 faiz) və 146-sı (1,18 faiz) imtahana gəlməyib. 2016, 2015 və 2014-cü illərin analoji göstəricilərinə nəzər salsaq görərik ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən bakalavrların sayı demək olar ki, son üç ildəkindən təxminən 2 dəfə çox olub. Bununla yanaşı, qeyd etmək lazımdır ki, 2014-2016-cı illərdə imtahana gəlməyənlərin qeydiyyatdan keçənlər içərisindəki payı 6-12 faiz arasında olub. 2017-2019-cu illərdə isə bu göstərici 1,18 faizdən yüksək olmayıb.

Son illər magistraturaya qəbul imtahanlarının ödənişli olması imtahanda iştirak etmək üçün daha məqsədyönlü və hazırlıqlı bakalavrların qeydiyyatdan keçməsinə zəmin yaradıb. Bakalavrların imtahanda göstərdikləri nəticələri müvafiq illər üzrə müqayisə etdikdə yuxarıda qeyd olunanların təsdiqini görmək olar. 2018 və 2019-cu illərdə imtahanda iştirak edən bakalavrların müvafiq olaraq, 49,73 faiz və 53,61 faizi 50 baldan yuxarı nəticə göstərib. 2014-2016-cı illərdə isə 50 baldan yuxarı nəticə göstərənlər imtahanda iştirak edənlərin təxminən 25-32 faizini təşkil edib. Bakalavrların imtahan nəticələrinə əsasən bu il median göstəricisi 51,36 bal olub. Bu, o deməkdir ki, imtahan iştirakçılarının (12545 nəfər) yarısı - 6273 nəfər bu göstəricidən daha yuxarı, qalan yarısı isə daha aşağı bal toplayıb. 2018-ci ildə isə median daha aşağı – 49,91 bal olub. İmtahanda iştirak edən 12241 bakalavrdan 6121 nəfər 49,91-dən yuxarı, qalanları isə aşağı bal toplayıb. 2019-cu ildə 91 və daha yuxarı bal toplayanların sayı 23 nəfər, 81 və daha yuxarı bal toplayanların sayı 336 nəfər, 71 və daha yuxarı bal toplayanların sayı 1369 nəfər olub. 2018-ci ildə isə müvafiq göstəricilər 11, 137 və 872 nəfərdir. Göründüyü kimi, bu il yüksək bal toplayanların sayı artıb. Bu il imtahanda iştirak edənlərin 7271 nəfəri (57,96 faiz) cari ilin, 5274 nəfəri (42,04 faiz) əvvəlki illərin məzunları olub. Ötən il bu göstəricilər müvafiq olaraq 6793 (55,49 faiz) və 5448 (44,51 faiz) olub. Bu il cari ilin məzunlarının imtahan iştirakçıları arasındakı payı ötən illə müqayisədə 2,47 faiz artıb. Cari il məzunlarının imtahanda əldə etdikləri nəticələr əvvəlki illərin məzunlarından hər il olduğu kimi bu il də yüksək olub. Belə ki, imtahanda cari il məzunlarının 65,94 faizi ən azı 50 bal topladığı halda, belələrinin əvvəlki ilin məzunları arasındakı payı 34,06 faiz olub.

Ötən il bu göstəricilər müvafiq olaraq 63,80 faiz və 36,20 faizə bərabər olub. Digər tərəfdən, birinci mərhələdə keçirilən imtahanlar ikinci mərhələ qədər əhəmiyyətli deyil. Məsələn, məntiq üzrə yoxlanılan biliklər və imtahana salınan suallar humanitar yönümlü mütəxəssis üçün ciddi əhəmiyyət daşımır.

Nəzərə alsaq ki, suallar, demək olar ki, riyazi məntiqlə bağlıdır və bir də nəzərə alsaq ki, həmin suallara yüksək cavab verənlər magistraturada təhsil alanda məntiqli cümlə qurub elmi iş yazmaq qabiliyyətini sərgiləyə bilmir, onda məntiq üzrə biliklərin yoxlanılmasının o qədər də ciddi əhəmiyyət daşımadığını düşünmək olar. Digər tərəfdən, ali məktəblərin tədris planlarında yer almayan və o sahəyə o qədər yaxınlığı olmayan bir fəndən biliklərin yoxlanılması özü heç məntiqli görünmür. Həm də bu fənn üzrə biliklərin yoxlanılması sonrakı mərhələlərdə o qədər də lazımlı olmur. Bu, ancaq həmin sahə üzrə çalışan repetirorların, brendə kursların qazanc mənbəyindən başqa bir şey deyildir. Son illərdə magistr pilləsinə gedənlərin sayının azalmasına səbəb heç də imtahanlar deyil, imtahanlara görə tələb olunan xidmət haqının çox, 110 manat olmasıdır. Əgər 2016-cı ildə magistr pilləsinə qəbul olmaq üçün 25 min nəfər müraacət edirdisə, və 3 manat ödəyirdisə, 2019-cu ildə 12 min nəfər müracət edib və 110 manat ödəyib. Müraciət edənlərin sayını artırmaq üçün, plan yerlərini doldurmaq üçün DİM magistr imtahanları üçün tələb olunan xidmət haqqını azaltmalı, ali təhsil müəssisələri magistr pilləsi üzrə təhsil haqlarını aşağı salmalıdırlar” – deyə ekspert əlavə edib.

Təhsil  eksperti  Rizvan Fikrətoğluda DİM-in  sonuncu qərarını sərt tənqid edib:

 

 

“Bu çox absurd məsələdir. Gözlədiyim birinci mərhələnin ləğvi idi, onlarsa ixtisas imtahan mərhələsini ləğv etdilər. Adın da qoyublar ki, beynəlxalq standartlara uyğun etmişik. Elə isə digər qəbul üsulları niyə beynəlxalq standartlara uyğun tənzimlənmir? Yaxşı, bu qayda tətbiq olunanda beynəlxalq standartları harda itirmişdilər?!

Öz ixtisasın bilməyənin riyazi məntiq nəyinə lazımdır? Neynir o informatikadan literli printerin quruluşun? 
Bəs  Nazirlər Kabineti qərarı hansı əsaslarla qəbul edib? Suallar çoxdur. Lakin bu hal, ümumiyyətlə magistr səviyyəli təhsilin daha da bərbad hala düşəcəyini qəti şəkildə istisna etmir.

Nəticə etibarilə düşünülmədən qəbul edilmiş qərar kimi qiymətləndirirəm?!”.

Təhsillə bağlı yeniliklər o qədər də ürək açan deyil - Elvin Məlikzadə (tələbə):

“Açığı  təhsillə bağlı yeniliklər o qədər də ürək açan deyil. Bəzən hər yeni dəyişikliyi tərəqqi kimi qeyd edirlər. Lakin bu hər dəfə belə olmur. Əgər yeni dəyişikliklər etmək istəsəydilər xahiş edirəm, bunu səs verməyə çıxartsınlar. Çünki bəzən iki-üç nəfərin verdiyi qərar yanlış ola bilər. Bu cür məsələlərdə müəllim və tələbə birliyi olmağı əsas və vacib şərtlərdən biridir. Çünki Azərbaycanda olan Universitetlərin böyük faizi beynəlxalq standartlara cavab vermir”.

Günel Ağayeva

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Hamısı