BAMF BMT-nin Cenevrədəki ofisinə yeni nümayəndə təyin edib | Eurasia Diary - ednews.net

1 Dekabr, Çərşənbə axşamı


BAMF BMT-nin Cenevrədəki ofisinə yeni nümayəndə təyin edib

Cəmiyyət A- A A+
Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) rəsmi olaraq BMT-nin İsveçrənin Cenevrə şəhərindəki ofisinə yeni nümayəndə təyin edib.
 
Eurasia Diary xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən, BMT-nin İqtisadi və Sosial Şurası (BMT ECOSOC) yanında Əsas Məşvərətçi statusuna malik beynəlxalq qeyri-hökumət təşkilatı BAMF, professor Osman Əl-Həcci BMT-nin Cenevrə Ofisində yeni nümayəndəsi təyin edib.
 
Osman Əl-Həcc Cenevrə Universitetinin Beynəlxalq Hüquq üzrə doktorudur və Cenevrədə beynəlxalq münasibətlər üzrə ali təhsil alıb.
 
Əvvəllər Livanda, Tripolidə Jinan Universitetində professor kimi çalışıb və Universitetin İnsan hüquqları Mərkəzinin prezidenti olub. Bundan əlavə, professor Əl-Həcc, 1994-cü ildən 1997-ci ilə qədər BMT-nin ayrıseçkiliyə qarşı və azlıqların müdafiəsi üzrə alt Komissiyasının məruzəçisi kimi fəaliyyət göstərib. 2009-cu ildən 2015-ci ilə qədər İnsan Hüquqları Şurasının məcburi köçkünlərin hüquqları üzrə İşçi Qrupun müavini vəzifəsində çalışmışdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...