Metro stansiyada qatı tüstü müşahidə edilib | Eurasia Diary - ednews.net

25 Yanvar, Şənbə


Metro stansiyada qatı tüstü müşahidə edilib

Cəmiyyət A- A A+
Metronun “Elmlər Akademiyası” stansiyasında qatı tüstü müşahidə edilib.
 
Eurasia Diary modern.az-ın verdiyi məlumata istinadən bildirir ki, tüstü o qədər çox olub ki, görməni məhdudlaşdırıb, hətta SOS da işə salınıb.
 
Məsələ bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, tüstüyə səbəb hansısa yanğın hadisəsi deyil:
 
“Stansiyalardakı ventilyatorlar iki rejimdə çalışır: biri havanı içəri sovurur, digəri içəridəki havanı çölə vurur. Ventilyatorlarda yaranan qısa nasazlıq səbəbindən bu tüstü müşahidə edilib. Ventilyatorların avtomtik rejimində dəyişiklik edilib və problem aradan qalxıb”.
 
B.Məmmədov bildirib ki, narahatlıq üçün əsas yoxdur:
 
“Bəzən stansiyalarda “kabab iyi gəlir” deyənlər olur. Bu da ventilyatorın çöldən sovurduğu hava ilə əlaqədar olur”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...