Bu ilin aprel ayında Azərbaycanda bütün sənədsiz evlərlə bağlı yekun qərar veriləcək.
Eurasia Diary xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazov deyib.
"Artıq bunla bağlı müvafiq komissiyalar iş aparır. Neft və infrastruktur ərazilərə düşən mənzillərə çıxarış verilməyəcək. Qalan digər evlərin sənədləşməsinə başlanılacaq".(unikal.org)