Xətai metro stansiyasında - YENİLİK | Eurasia Diary - ednews.net

23 Fevral,


Xətai metro stansiyasında - YENİLİK

Cəmiyyət A- A A+

Xətai metro stansiyasında qatarların ikitərəfli hərəkəti bu ilin ortalarına təşkil olunacaq".

Eurasia Diary APA-Economics-ə istinadən məlumat verir ki, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, hazırda metronun "Cəfər Cabbarlı" stansiyasında aparılan təmir işləri çərçivəsində stansiya yolunun quraşdırılmasına başlanılıb.

"Bu məqsədlə köhnə stansiya yolu sökülür. "Xətai" stansiyasının bir yolunda olduğu kimi, burada da dəmir beton bloklarından istifadə olunacaq. İşlər başa çatdırılandan sonra yol yatağı yeni infrastrukturun qurulmasına hazırlanacaq və dəmir beton bloklarından ibarət növbəti stansiya yolu olacaq. Bundan başqa, tunellərdə də gücləndirmə işləri davam etdirilir", - B. Məmmədov qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...