Bakı şəhər, Suraxanı rayonunda yerləşən Xarici Dillər Təmayüllü Gimnaziyanın 5”A” sinif şagirdləri müstəqilliyə gedən yolda xalqımızın şərəf və qəhrəmanlıq salnaməsini qanlarıyla yazan “20 Yanvar” şəhidlərinin məzarlarını ziyarət ediblər. Azadlıq uğrunda Azərbaycan tarixinin səhifələrinə öz adlarını qızıl hərflərlə yazdıran bu vətənin oğul və qızlarının məzarlarını ziyarət edərkən hörmət və qurur hissiylə şeir və bayatılar söyləyib və məzarları üstünə tər qərənfil dəstələri qoyublar.
“20 Yanvar xalqımızın həyatında açılan bir azadlıq pəncərisidir. Bəli, bizlər bu tarixi yaşadaraq, qan yaddaşımızı unutmamalıyıq. Azərbaycanın hürriyyətini 70 illik əsarətdən canları, qanları bahasına geri qaytaran şəhidlərin ruhu qarşısında baş əyirik,” sinif rəhbəri Hacıyeva Aytən uşaqları vətənpərvər ruhda böyütmək onları bu yolda qorxmaz etmək hər bir müəllim və valideyinin ən ümdə borcudu deyərək, şagirdlərlə vətənpərvərlik mövzusunda söhbət etdi.
Aytən müəllim(ə) qeyd edib ki: “Qəhrəmanlıq dastanı yazan bir xalqın gələcək nəsilləri bu yolda şərəflə addım atmaqdan heç bir zaman boyun qaçırmazlar. Bizlər bugün 20 Yanvar şəhidlərini qururla andıq. Şagirdlərimizin vətənpərvər ruhda böyüməsində bu cür ziyarətlərin tez-tez təşkil olunması vacibdir. Onlar burada uyuyan şəhidlərin yaşlarından asılı olmayaraq, öz canlarını vətənimizin müstəqilliyi uğrunda gözlərini qırpmadan qurban verməyə hazır olduqlarının bir daha şahidi oldular.
Sonda şagirdlər şəhidlərin məzarı üstünə gül dəstələri qoydular.
Həmin şəkilləri sizlərə təqdim edirik:
Eurasia Diary
Günel Ağayeva