İtaliyada azərbaycanlı tələbə itkin düşüb.
Eurasia Diary xəbər verir ki, Binədəqi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayon sakini Əliguşad Xıdırov 4-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək oğlu, 1996-cı il təvəllüdlü Cavid Xıdırlının yanvarın 10-da İtaliyanın Torino şəhərində itkin düşdüyünü bildirib.
C.Xıdırlı İtaliyada ali təhsil alırmış.