Azay Quliyevin 1000-dən çox seçicisi könüllü kimi təbliğat-təşviqat kampaniyasına qoşuldu

Cəmiyyət 20:57 19.01.2020
Ötən həftə 8 saylı Binəqədi birinci seçki dairəsindən “İslahatlara dəstək” seçicilərin təşəbbüs qrupunun deputatlığa namizədi, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev təbliğat-təşviqat kampaniyasına start verib. Azay Quliyevin 1000-dən çox seçicisi seçki qərargahının üzvü və könüllüləri kimi seçkilərin təbliğat və təşviqat mərhələsinə fəal şəkildə qoşulub.
 
Eurasia Diary Azay Quliyevin rəsmi facebook səhifəsində verilən məlumata istinadən xəbər verir ki, böyük izdiham yaşanan toplantı dövlət himninin ifası və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin ruhunun yad edilməsi ilə başlayıb. Tədbirin moderatoru Şəmistan Əlizamanlı giriş sözü ilə çıxış edərək bildirib ki, deputatlığa namizəd, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyevi hamı yerli və beynəlxalq platformalarda çoxşaxəli fəaliyyəti, yüksək bilik və bacarığı, dürüstlüyü, təmiz reputasiyası ilə tanıyır. Azay Quliyev istər qanunverici orqanda, istər vətəndaş cəmiyyəti sektorunda, istərsə də ATƏT-dəki peşəkar fəaliyyəti, bilik və bacarığı ilə seçilən, yüksək mənəviyyata malik, dövlətinə, millətinə və prezidentinə sadiq bir şəxsdir: "Azay Quliyev deputat kimi səmərəli və işgüzaq fəalıiyyəti ilə seçicilərinin rəğbətini qazanıb. O, ardıcıl olaraq 14 dəfə parlament jurnalistləri tərəfindən ilin ən fəal millət vəkili seçilib. Azay Quliyevin təşəbbüsü ilə iki qanun qəbul olunub, onlarla qanun layihələrinə əlavə və düzəlişlər edilib. Onun hazırladığı iki yeni qanun layihəsi hazırda Milli Məclisin mərkəzi aparatı tərəfindən baxılmaqdadır”.
 
Ş.Əlizamanlı bildirib ki, Azay Quliyev ATƏT kimi nüfuzlu beynəlxalq təşkilatda seçicilərini, Milli Məclisi və bütövlükdə dövlətimizi, xalqımızı ləyaqətlə təmsil edir. O hazırda türk-islam dünyasından yeganə şəxsdir ki, ATƏT PA-nın vitse-prezidenti vəzifəsinə seçilməyə nail olub: “Onun parlament diplomatiyasının incəliyinə bələd olması, peşəkar fəaliyyəti və beynəlxalq arendakı nüfuzu və təcrübəsi imkan verdi ki, 2019- cu ildə yenidən 3 illiyə ATƏT PA-nın vitse-prezidenti vəzifəsinə təkrar və özüdə yekdilliklə seçilə bilsin. Azay müəllim 2022-ci ilə kimi bu mühüm vəzifəni daşımaqla ATƏT-də Azərbaycanın milli maraqlarını qorumaqda davam edəcək”.
 
Seçki qərargahının media ilə iş üzrə koordinatoru Gündüz Abbaszadə bildirib ki, “İslahatlara dəstək” seçicilərin təşəbbüs qrupu elan olunduğu gündən Azay Quliyevin seçki qərargahı böyük mütəşəkkilliklə fəaliyyətə başlayıb. Seçki qərargahına üzv olmaq üçün nüfuzlu ziyalıların, fəal gənclərin, bütün kateqoriyalardan olan seçicilərin müraciətləri hazırda da davam etməkdədir: “Biz imzatoplama mərhələsində seçicilərin Azay müəllimə necə sevgiylə yanaşdığını, həvəslə onun namizədliyinin qeydə alınması üçün imza verdiyinin bir daha şahidi olduq. Ona görə də bizim seçki kampaniyamızın bir fərqi də budur ki, biz seçki prosesini böyük könüllülər ordusu ilə birgə aparırıq. Bu günə olan məlumata görə 1000-dən çox könüllü deputatlığa namizəd Azay Quliyevin saytında qeydiyyatdan keçib: “8 saylı Binəqədi birinci seçki dairəsinin 47 mindən artıq seçicisi var. Fevralın 7-dək aparacağımız təbliğat-təşviqat kampaniyası çərçivəsində istisnasız olaraq seçki dairəsinin dislokasiyasına aid olan bütün məhəllələrdə görüşlər keçirəcəyik. Bütün evlərə Azay Quliyevin seçki bukletini çatdıracağıq. Yüzlərlə könüllümüzlə hər bir seçicinin əlini sıxmağa, istəyini, problemini dinləməyə çalışacağıq”.
G.Abbaszadə Azərbaycanda ilk dəfə olaraq 8 saylı Binəqədi birinci seçki dairəsinin seçiciləri üçün e-kabinet xidmətinin yaradıldığını və bunun vətəndaşlar üçün unikal imkan olduğunu bildirib. Görüşdə iştirak edən bir seçici – Həsən Mehdi oğlu Mehdiyev müvafiq proseduru icra edərək e-kabinet sisteminin ilk istifadəçisi olub.
G.Abbaszadə çıxışında seçki qərargahının bütün üzvlərini sosial şəbəkələrdə daha da fəal olmağa çağırıb.
 
Azay Quliyevin seçki qərargahının könüllülər korpusunun koordinatoru Eldar Qurbanov cənab prezident İlham Əliyevin 2020-ci ili ölkəmizdə “Könüllülər ili” elan etməsinin gəncləri sevindirdiyini deyib. Dövlətimizin başçısının bu qərarı gənclərin potensiallarını daha səmərəli şəkildə reallaşdırmasına, özlərinə inamlarının artmasına, həmçinin ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinin daha da inkişafına mühüm töhfə verəcək. E.Qurbanov cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatı olan könüllülüyün həm də vətənpərvərlik məktəbi, xalqına, dövlətinə, dəyərlərinə bağlılıq və xidmət örnəyi olduğunu deyib. O, seçki texnologiyasının bütün müasir imkanlarından istifadə edəcəklərini bildirib: “Qapıdan – qapıya” proqramı çərçivəsində Azay Quliyev haqqında bukletini 47 min seçicinin hamısına çatdıracağıq. Seçki texnologiyasının bütün müasir imkanlarından istifadə edəcəyik. Bu gündən başlayaraq Azay müəllimin seçicilərlə bütün görüşlərini, aksiyalarımız, tədbirlər haqqında məlumatları böyük mütəşəkkiliklə sosial şəbəkələrdə yayacağıq. Əminəm ki, Binəqədidə sizinlə yeni mərhələsinin əsasını qoyduğumuz könüllülük hərəkatı Könüllülər ilinin ən yaddaqalan, aparıcı fəaliyyətlərindən biri olacaq”.
E.Qurbanov azayguliyev.az saytında indiyədək 1000-dən artıq könüllünün qeydiyyatdan keçdiyini və bu prosesin hazırda da davam etdiyini vurğulayıb.
 
Tədbirdə Azay Quliyevin ötən 4 ildəki deputatlıq fəaliyyətinə aid hesabat xarakterli videoçarx (https://www.youtube.com/watch?v=4UWMT2DunmI), həmçinin, bu gündən etibarən seçicilərin ixtiyarına verilən e-kabinet sistemindən istifadə qaydalarına dair də videoçarx (https://www.youtube.com/watch?v=q8apg4BbUww) nümayiş etdirilib.
 
8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyev çıxış edərək bildirib ki, təbliğat-təşviqat kampaniyasının ilk günündə bu qədər könüllünün ruh yüksəkliyini görmək, belə coşqu ilə prosesə start vermək çox qürurvericidir: “Siz bu gün belə möhtəşəmliyi yaratmaqla hər kəsə, xüsusilə ölkə ictimaiyyətinə açıq mesaj vermiş oldunuz. Bu mesajın adı qələbədir!
Bu gün 1000-dən çox seçici könüllü olaraq bizim “İslahatlara dəstək!” çağırışımızı eşidib bizim seçki qərargahının işində iştirak etmək üçün səfərbər olunublar.
Təssəvür edin ki, hər biriniz seçki günü 20-30 nəfəri, qonşularınızı, dairə ərazisində yaşayan dostlarınızı, tanışlarınızı və qohumlarınızı seçkiyə gətirsəniz bu 30 minə yaxın seçici deməkdir. Bu isə azad, ədalətli və demokratik seçkilərdə Sizin namizədinizin mütləq qələbəsi deməkdir. Mən şübhə etmirəm ki, bu belə də olacaq və biz hamımız birlikdə fevralın 9-da bu möhtəşəm qələbəni birgə qeyd edəcəyik”.
 
Azay Quliyev qeyd edib: “Mən keçən 4 ildə deputatınız olaraq Sizin mənə göstərdiyiniz yüksək etimadı doğrultmağa, üzləşdiyiniz problemin həlli üçün bütün güc və bacarığımı səfərbər etməyə, daim yanınızda olmağa və sizi layiqincə təmsil etməyə çalışdım. Heç bir seçicinin qaldırdığı məsələyə laqeyd qalmadım, hara çağırdınız ora getdim, hansı məmurun qapısını döyməyi lazım bildiniz onu etdim, bir sözlə üzərimə düşən vəzifəni vicdanla yerinə yetirdim. Elə məsələlər oldu ki, onların həlli deputat səlahiyyətlərindən kənara çıxdı, lakin burada da əlimdən gələni etməyə çalışdım”.
 
Azay Quliyev deyib ki, cənab Prezident İlham Əliyevin apardığı geniş miqyaslı islahatlar həm həcminə, həm siyasi məzmununa və nəticələrinə görə əvvəlkilərdən çox fərqlənir. İslahatlar həyatımızın hər bir sahəsini əhatə edir. Ölkəmiz ciddi şəkildə dəyişir, müasirləşir, inikşaf edir və nəticədə əhalinin sosial vəziyyəti get-gedə yaxşılaşır. Dövlətimiz güclənir, ictimai-siyasi sabitlik dönməz xarakter alır. Bu islahatlar demək olar ki, dövlət quruculuğu prosesinin keyfiyyətcə yeni mərhələsinin əsasını təşkil edir: “Bugünkü reallıq ondan ibarətdir ki, dövlətini və millətini sevən hər bir kəs cənab prezident tərəfindən həyata keçirilən bu islahatlara və dəyişikliyə dəstək verməlidir. Çünkü bu hər birimizin marağına və mənafeyinə xidmət edir. Mən şox sevinirəm ki, məhz sizlər bu zərurəti düzgün qiymətləndirərək “İslahatlara dəstək” adlı təşəbbüs qrupu yaradaraq 8 saylı Binəqədi birinci seçki dairəsindən yenidən mənim deputatlığa namizədliyimi irəli sürdünüz. Bizim seçki şüarımız İslahatlara dəstəkdir! Əminəm ki, hamılıqla bu seçki prosesini uğurla başa vurub islahatlara dəstəyimizi fevralın 9-da öz səsimizlə açıq şəkildə ifadə edəcəyik”.
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranması günüdür - VİDEO

Xəbər xətti

“Macarıstan ABŞ-ın birbaşa diqtəsinə qulaq asmır” – Politoqdan AÇIQLAMA
12:15 28.03.2024
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
12:09 28.03.2024
Tanışını öldürən şəxsin cinayət işi məhkəməyə göndərildi
12:06 28.03.2024
Putindən “Rusiya ruslarındır” bəyanatına tənqid
Putindən “Rusiya ruslarındır” bəyanatına tənqid
11:55 28.03.2024
Mərkəzi Bank uçot dərəcəsini AZALTDI
11:52 28.03.2024
Toyda gəlinə verilən hədiyyə boşananda BÖLÜNMƏYƏCƏK
11:50 28.03.2024
Finlandiya kəşfiyyatından "rus casusu" xəbərdarlığı
Finlandiya kəşfiyyatından "rus casusu" xəbərdarlığı
11:45 28.03.2024
Mərkəzi Bankdan inflyasiyaya dair proqnozla bağlı AÇIQLAMA
11:43 28.03.2024
Zelenski: Ukrayna Hindistanla əlaqələrini kəsməlidir
Zelenski: Ukrayna Hindistanla əlaqələrini kəsməlidir
11:40 28.03.2024
Paşinyan "mühacir Qarabağ hökumətini" tanımadığını bildirib
11:39 28.03.2024
ABŞ-Ermənistan-Aİ müştərək konfransı Azərbaycana təzyiq planının tərkib hissəsidir - deputat Könül Nurullayeva
11:30 28.03.2024
Türkiyənin bu küçələrinə azərbaycanlı şəhidlərin adı verilib
Türkiyənin bu küçələrinə azərbaycanlı şəhidlərin adı verilib
11:24 28.03.2024
Ermənistan hökuməti separatçıların İrəvandakı açıqlamalarına göz yumur - BƏYANAT
11:20 28.03.2024
Rusiya şəbəkəsi ifşa edildi, ölkədə həyəcan təbili çalındı
Rusiya şəbəkəsi ifşa edildi, ölkədə həyəcan təbili çalındı
11:15 28.03.2024
KTMT-nin Baş katibi: "Ermənistanla münasibətləri təhlil edirik"
11:11 28.03.2024
Rusiya ulduzları Müslüm Maqomayevin mahnılarından ibarət albom yazdı
11:07 28.03.2024
Qalaktikadakı nəhəng qara dəliyin YENİ FOTOSU
11:06 28.03.2024
Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilib
11:05 28.03.2024
ABŞ Dövlət Departamentinin əməkdaşı ölkəsini soyqırıma şərait yaratmaqda günahlandırıb
11:03 28.03.2024
Putin Qərbə xəbərdarlıq edib
Putin Qərbə xəbərdarlıq edib
11:00 28.03.2024
Sülh müqaviləsinin imzalanması reallaşır? – Paşinyanın Fransa nümayəndəsi ilə görüşünün GİZLİ MƏQAMLARI
10:45 28.03.2024
Əli Nağıyev: Ermənistanla sülh müqaviləsinin imzalanması üçün yaranmış şərait Fransanı ciddi narahat edir
10:35 28.03.2024
Deportasiya edilən təxribatçı sığınacaq istədi
Deportasiya edilən təxribatçı sığınacaq istədi
10:30 28.03.2024
Bakıda döyüş tətbiqinə yararlı qumbara və partladıcı tapıldı
10:25 28.03.2024
Bu gün ilk Qədr gecəsidir
Bu gün ilk Qədr gecəsidir
10:20 28.03.2024
Hər 6 uşaqdan 1-i kiberbullinqə məruz qalır
Hər 6 uşaqdan 1-i kiberbullinqə məruz qalır
10:15 28.03.2024
DTX rəisi: Fransa Ermənistanı yeni müharibəyə təhrik edir
DTX rəisi: Fransa Ermənistanı yeni müharibəyə təhrik edir
10:12 28.03.2024
Əli Nağıyev: “Daşaltı əməliyyatında itkin düşmüş daha 73 nəfərin adı yaxın günlərdə açıqlanacaq”
10:08 28.03.2024
12 nəfər Qəzza sakini humanitar yardım almaq üçün həyatını itirib
12 nəfər Qəzza sakini humanitar yardım almaq üçün həyatını itirib
10:05 28.03.2024
Bağça müdiri vəzifəsinə qəbul üçün imtahan keçiriləcək
10:00 28.03.2024
İtaliyada güclü ZƏLZƏLƏ oldu
09:58 28.03.2024
Azərbaycan Xalqının Qüruru İlə Oynamaq olmaz! – Elman Mustafazadə yazır...
09:58 28.03.2024
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
09:55 28.03.2024
Ötən il DTX 190 cinayət işinin ibtidai istintaqını APARIB
09:53 28.03.2024
Fransa Braziliya ilə hərbi əməkdaşlığa başlayıb
Fransa Braziliya ilə hərbi əməkdaşlığa başlayıb
09:50 28.03.2024
III Dünya Müharibəsi başlanır? – Politoloq ŞƏRH EDİR
09:45 28.03.2024
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranması günüdür - VİDEO
09:43 28.03.2024
Sonuncu yarımfinalçı bəlli oldu
Sonuncu yarımfinalçı bəlli oldu
09:40 28.03.2024
Sosial şəbəkə fenomeni xərçəng xəstəliyinə tutulub
Sosial şəbəkə fenomeni xərçəng xəstəliyinə tutulub
09:35 28.03.2024
PKK tərəfdarları Paris havalimanında xaos yaratdı 3 nəfət yaralanıb - VİDEO
09:32 28.03.2024
Hamısı