"Onu şəhidlərimizdən seçdirən bizim gözəl Fərizəmiz oldu, o, öz ölümüylə İlhamı göylərə qaldırdı"

Cəmiyyət 11:53 20.01.2020

“Bizim içimizdəki müstəqillik arzusunu boğmaq istəyirdilər, amma buna nail ola bilmədilər. Şəhid olanlardan biri də qardaşım İlhamdı və onun heç bir şəhidimizdən elə fərqi yoxdur”

Eurasia Diary-nin məlumatına görə, bunu Moderator.az-a açıqlamasında 20 yanvar şəhidi İlham Allahverdiyevin (İlham və Fərizə) qardaşı Elxan Allahverdiyev deyib. O, şəhidlərimizlə qürur duyduğunu bildirib:

“İkinci dəfə infarkt keçirdim və bu gün Şəhidlər Xiyabanına gedə bilməyəcəm, amma ailə üzvlərim gedəcəklər. Həkimlər dedi ki, sənə həyəcan keçirmək olmaz. Bir neçə il öncə ürəyimdən açıq əməliyyat olundum və beş damarımı dəyişdilər. İndi özümü normal hiss edirəm, ev şəraitində müalicə olunuram”.

E.Allahverdiyev otuz ili tamam olan Qanlı Yanvar hadisəsi haqda da danışıb:

“İllər ötdükcə, mənə İlham və Fərizəsiz çox çətin olur. Hara baxıramsa, onları görürəm, çox böyük bir boşluq var həyatımda. Düzdür, bizim şəhidlərimizin qanı bahasına müstəqillik qazandıq və hamımız azad ölkənin vətəndaşlarıyıq, bununla fəxr edirik. Qaldı ki, 20 yanvara mən faciə kimi yox, qəhrəmanlıq salnaməsi kimi baxıram. İnsanlarımız tankların qarşısına əliyalın çıxıb öz canlarından keçdilər. Bizim içimizdəki müstəqillik arzusunu boğmaq istəyirdilər, amma buna nail ola bilmədilər. Şəhid olanlardan biri də qardaşım İlhamdı və onun heç bir şəhidimizdən elə fərqi yoxdur. Onu şəhidlərimizdən seçdirən bizim gözəl Fərizəmiz oldu, o, öz ölümüylə İlhamı göylərə qaldırdı, Azərbaycan kişisinə dəyər verdi. Bu gün 20 yanvar deyəndə ilk yada düşən İlhamla Fərizə olur. Bu günümüzə şükür edirəm ki, hörmətlə bütün şəhidlərimiz yad olunur, onların ruhu qarşısında hamımız baş əyirik. Allah cəmi şəhidlərimizi rəhmət eləsin. Sizlərə də minnətdarlıq edirəm”.

Qeyd edək ki, İlham və Fərizə 1989-cu il martın 19-da nişanlanıblar. 1989-cu il iyunun 30-da isə toyları olub. 1990-cı il 20 yanvar hadisəsi zamanı İlham şəhid olduqdan sonra bu faciəyə dözməyən Fərizə də zəhər içərək özünü öldürüb. Onların qoşa məzarları Şəhidlər Xiyabanındadır. Cütlüyün sevgi dastanı bu gün Azərbaycanda dillər əzbəridir. 30 iyun İlham və Fərizənin toy günü 2004-cü ildən qeyri-formal olaraq Azərbaycanda “Sevgililər Günü” kimi qeyd olunur.

Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Qubad İbadoğluya YEKUN İTTİHAM elan edildi
15:52 18.04.2024
Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans KEÇİRİLİR
15:50 18.04.2024
Ərəb politoloq Beynəlxalq Ədalət Məhkəməsini SƏRT TƏNQİD ETDİ - ÖZƏL
15:45 18.04.2024
Hamısı