Aybəniz Haşımovadan şəhid həyat yoldaşı ilə bağlı təsirli paylaşım - FOTO | Eurasia Diary - ednews.net

24 Oktyabr, Şənbə


Aybəniz Haşımovadan şəhid həyat yoldaşı ilə bağlı təsirli paylaşım - FOTO

Cəmiyyət A- A A+

“1990-cı illərdə saqqal saxlamaq qətiyyən dəb deyildi. Şəkildə gördüyünüz Azərbaycanın qəhramanı, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş igid Xalid Quliyevdir. O, 20 Yanvar şəhidlərinin yasını tuturdu”.

Eurasia Diary xəbər verir ki, bunu Əməkdar artist Aybəniz Haşımova “Instagram” hesabında yazıb. 

Şəhid həyat yoldaşı Xalid Quliyevlə fotosunu paylaşan müğənni onunla bağlı xatirələrini dilə gətirib:

“Bu şəkil çəkiləndə məni və qardaşını dostunun toyuna aparmışdı. Nə qədər israr etsəm də, həmin gün toya belə getdi. Düz deyirlər, “Niyyətin hara, mənzilin də ora”. 

Hər dəfə bu şəklə baxanda adamın ürəyi parça-parça olur. O dövrdəki oğlanlar başqa idi. İndiki gənclər məndən inciməsin. O dövrdəki oğlanlar başqalarından ötrü canlarını fəda edirdilər. Necə ki Xalid etdi. Elə ən dəhşətlisi də o idi ki, ilk sevgisini də mənə Xalid şəhidlərin 40 günündə açmışdı. Sanki hər şeyi özü bilirdi. Ən ağrılısı da odur ki, özü indi mənə göstərdiyi Şəhidlər xiyabanında üçüncü sırada yatır.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!”

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...