UNEC-in 90 illik yubileyi ilə əlaqədar tədbirlərə start verilib | Eurasia Diary - ednews.net

29 Fevral, Şənbə


UNEC-in 90 illik yubileyi ilə əlaqədar tədbirlərə start verilib

Cəmiyyət A- A A+

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 90 illik yubileyinin qeyd edilməsi ilə bağlı tədbirlər planı təsdiq edilib.

Eurasia Diary xəbər verir ki, tədbirlər planına əsasən, müxtəlif beynəlxalq elmi konfransların təşkili, UNEC-in tarixi haqda filmlərin, fotoalbomların hazırlanması, kitabların nəşri, görkəmli alimlərin həyat və yaradıcılığı ilə bağlı tədbirlərin, veteran əməkdaşlarla və məşhur məzunlarla görüşlərin keçirilməsi, təqdimatların, maraqlı müsabiqələrin, konsert proqramlarının, fləşmobların, rəsm və kitab sərgilərinin, idman yarışlarının reallaşdırılması nəzərdə tutulub.

Yubileylə bağlı ən böyük tədbir isə UNEC I İqtisadi Forumunun təşkili olacaq. Bundan başqa, UNEC Məzunlar Assosiasiyasının yaradılması və I Forumun, eləcə də “İqtisadçı Tələbələrin I Bakı Forumu”nun, Yubiley məzun gününün və təbii ki, təntənəli yubiley mərasiminin keçirilməsi planlaşdırılıb. UNEC-in tərəfdaşlıq etdiyi xarici ali təhsil müəssisələrində də “UNEC 90” yubiley tədbirləri təşkil olunacaq.

Qeyd edək ki, 2020-ci il iyunun 19-da  UNEC yaradılmasının 90 ili tamam olur. Ümummilli lider Heydər Əliyev universitetin 70 illik yubiley tədbirində çıxışı zamanı ölkə iqtisadiyyatını irəli aparmaq, dünyanın mürəkkəb maliyyə, iqtisadi sisteminə qoşulmaq üçün müasir, hazırlıqlı, xarici dil bilən, dünya təcrübəsini mənimsəmiş gənclərin yetişməsini kollektiv qarşısında əsas vəzifə kimi qoyub. Bu vəzifələr UNEC-in inkişaf strategiyasının əsasını təşkil edir və hazırda müvəffəqiyyətlə icra olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...