Küveytdəki Səfirliyimiz nüfuzlu mətbuat orqanlarında 20 Yanvar faciəsini işıqlandırdı

Cəmiyyət 14:51 21.01.2020

Küveytin “Dasmannews" portalında və həmçinin “əl-Nahar” və “əl-Vasat”  kimi nüfuzlu mətbuat orqanlarında  qanlı 20 yanvar faciəsinin 30-cu ildönümü münasibətilə yazılar, Azərbaycan Respublikasının Küveytdəki səfirliyinin bəyanatı  dərc olunub. Euarasia Diary bu bəyanatın tərcüməsini oxuculara təqdim edir:

"Hər il bu gün Azərbaycan xalqı keçmiş Sovet rejiminin silahlı qüvvələrinin əli ilə ona qarşı törədilmiş 1990-cı il 20 Yanvar faciəsini ağrılarını yaşamalı olur.  Bu ağrı və acılarla dolu xatirə həmişəlik olaraq Azərbaycan xalqının yaddaşına həkk olmuş və heç bir əsas olmadan  xalqımızın  yaşamaq haqqına, onun zəngin mədəniyyət və tarixinə qarşı törədilmiş qanlı bir cinayətin nümunəsi olaraq nəsildən nəsilə keçir. 

Bu təcavüz aktının başlanğıcı hələ 1989-cu  ildə aydın görünürdü. Keçmiş Sovet rejiminin kommunist partiya rəhbərləri Azərbaycanın ayrılmaz bir hissəsi olan Dağlıq Qarabağ bölgəsini ondan ayırıb Ermənistan Respublikasına birləşdirməyə cəhd etdilər.

Qüvvələr nisbətindəki bərabərsizlik və ermənilərin  keçmiş Sover İttifaqı  rəhbərlərinə   güclü təsir imkanları sayəsində Ermənistan Respublikası Dağlıq Qarabağla yanaşı bir neçə ətraf rayon  da daxil olmaqla,  ümumiyyətlə Azərbaycan ərazisinin 20%-ni  işğal edə bildi, nəticədə yerli sakinlər öz tarixi torpaqlarından didərgin salındı.  

Həmin dövrdə Azərbaycan xalqı onun trpaqlarına qarşı törədilmiş təcavüzə qarşı kütləvi mitinq və nümayişlər şəklində öz etiraz səsini ucaltdı. 

Keçmiş Sovet rejiminin Ermənistan Respublikasını ardıcıl bir şəkildə dəstəkləməyə və müdafiə etməyə yönəlmiş siyasətini pisləyən və rədd edən, Dağlıq Qarabağda öz doğma yurd-yuvalarından qovularaq didərgin salınmış insanlarla həmrəyliyi ifadə edən davamlı  kütləvi dinc nümayişlər Azərbaycan Respublikasında Milli Azadlıq Hərəkatının nüvəsini təşkil etmiş oldu. 

Sovet rejiminin buna reaksiyası heç bir səbəb olmadan silahsız Azərbaycan xalqına qarşı həddən artıq güc tətbiqi ilə 1990-cı ilin 19 yanvar gecəsində silahlı qüvvələrdən istifadə etmək oldu. Sovet Siahlı Qüvvələrinin xüsusi təlim görmüş hissələri ən yeni silahlardan istifadə etməklə Azərbaycanın paytaxtına və başqa şəhərlərinə  hücum etdilər. Sovet əskərləri ağır sailahlarla Azərbaycan xalqını atəşə tutaraq yüzlərlə günahsız dinc sakinin ölümünə və ya yaralanmasına səbəb oldular. Ölüm, dağıntı və dəhşətin hakim kəsildiyi həmən gecədən sonra səhər açılanda məlum oldu ki,  içində qadın, qoca və uşaq olmaqla134 dinc günahsız sakin qətlə yetirilmiş, onların meyitləri tankların altında qalmış, həmçinin 700 şəxs yaralanalmışdır. Nəticədə 200 ev yandırılıb viran edilmiş, 800 nəfərsə qanunsuz olaraq həbs edilmişdir.

Burda qeyd olunmalıdır ki, bu kobud təcavüz aktı dövlətlərin istiqlaliyyət və suverenlik haqqını tanıyan bütün beynəlxalq qanun və qaydaların açıq şəkildə pozulması  olmaqla yanaşı, həm də Azərbaycan xalqının qürur və mənlik hissinə tam bir hörmətsizlik idi. Bu təcavüzün nəticələri hələ uzun müddət özünü biruzə verdi, ölkədə hər şeyi alt-üst edildi, sovet işğalçıları hər yerə fitnə-fəsad, təxribat toxumları səpdilər, Azərbaycan xalqının islam tarixi nümunələrini, məscidləri, zəngin tarixini və əzəmətini nümayiş etdirən başqa bir çox mədəniyyət abidələrini dağıdıb məhv etdilər.  

Şübhə yoxdur ki, 1990-cı il 20 Yanvar təcavüzu və onun doğurduğu faciələr Azərbaycan Milli Azadlıq Hərəkatının əsasını qoydu. Azərbaycan  xalqının azadlıq və istqlaliyyət  iradəsi zəifləmədi. Ağır itkilər və böyük qurbanlara baxmayaraq, Azərbaycan cəmiyyətinin bütün qrup və təbəqələri sovet işğalına qarşı mübarizədə daha da sıx birləşdi və əzmakrlıq nümayiş etdirdi, bu da Azərbaycanın 1991 –ci ildə milli istiqlaliyyətə nail olması yolunda  güclü təkan oldu.

Qeyd olunmalıdır ki, Dağlıq Qarabağ probleminin ədalətli həlli erməni təcavüzünün ilk günlərindən başlayaraq, bu təcavüzü pisləyən, erməni qüvvələrinin işğal etdikləri Dağlıq Qarabağ və başqa torpaqlardan çəkilməsini tələb edən  qərar və qətnamələr qəbul etmiş BMT, İƏT və digər nüfuzlu beynəlxalq təşkilatların gündəliyində yer almışdır. Vaxt keçdikcə, Azərbaycan dövlətinin və xalqının səyləri, İslam və ərəb dünyasının müxtəlif ölkələrindəki qardaşlarımızın dəstəyi ilə    beynəlxalq ictimaiyyət Azərbaycanın ədalətli mövqeyinə anlaşıqla yanaşmağa, Ermənistanla Azərbaycan arasındakı münaqişənin dinc yolla, ədalətli həllinin, Ermənistan tərəfindən Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağ üzərində suverinliyini tanınmasının zəruriliyini qəbul etməyə başlamışdır.

1990-cı ilin 20 Yanvar faciəsi Azərbaycan xalqının yddaşında həmişəlik qalacaq, Sovet silahlı qüvvələri tərəfindən şəhid edilmiş günahsız insanların xatirəsinin əbədiləşdirilməsi üçün bir stimul olacaqdır. Bu qurbanalr  xalqların azadlıq və müstəqillik, qəsb edilmiş haqqın  geri qaytarlması uğurundakı mübarizə yoluna işıq saçan çıraqlar olacaqlar. 

Biz beynəlxalq ictimaiyyətə üz tutaraq onu Azərbaycan Respublikasının haqq işinə dəstək olmağa, işğal edilmiş torpaqların azad edilməsinə, Azərbaycanın qaçqın və köçkünlərinin Ermənistan tərəfindən işğal edilmiş torpaqlarına qayıtmasına yardım göstərməyə çağırırıq.

PKK-dan təhvil alınan silahlar belə yandırıldı - VİDEO

Xəbər xətti

Robotik Reabilitasiya Mərkəzində insult və neyrotravma bölməsi yaradılacaq
23:07 11.07.2025
İsrail ordusu HƏMAS-ın altı komandirini məhv edib
22:19 11.07.2025
Tələb təqaüdündən tutulan pullar hara gedir?
21:55 11.07.2025
Əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdilər
21:24 11.07.2025
"Qarabağ" Niderland klubunu məğlub edib
20:52 11.07.2025
“Rheinmetall” Ukraynaya yeni səyyar səhra xəstəxanası verib
20:15 11.07.2025
Sahibə Qafarova Srebrenitsa qurbanlarının anım mərasimində iştirak edib
19:45 11.07.2025
“Lui Vitton”kiberhücuma məruz qalıb
19:04 11.07.2025
Tramp Braziliya Prezidenti ilə tarifləri müzakirə edə bilər
18:34 11.07.2025
PKK silahını necə yerə qoyacaq? –Analitik Baxış
18:19 11.07.2025
Vətəndaş Cəmiyyəti Təşkilatlarının BMT-də rolu – BAMF-dan növbəti təlim
18:02 11.07.2025
Azərbaycan Mətbuat Şurasında "Turan işığında 150 il" adlı tədbir keçirilib
17:47 11.07.2025
"Rusiya üçün "yeni sürprizlər" hazırlanır" -Müsahibə
17:32 11.07.2025
"Mənə qarşı ayrıseçkilik edildi"
17:17 11.07.2025
Acun Ilıcalı "Hall Siti"ni satır
17:02 11.07.2025
"ABŞ və Çin liderlərinin görüş ehtimalı yüksəkdir"
16:47 11.07.2025
Növbəti dörd gündə havanın maksimal temperaturu 41 dərəcə olacaq
16:35 11.07.2025
Daha iki abidəmiz UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilib
16:22 11.07.2025
Evlənənlər çoxalıb, boşananlar azalıb
16:07 11.07.2025
i Konstantin Strukovun qızıl imperiyası dövlətləşdirildi
15:55 11.07.2025
"Xalq" və "Respublika"-nın birləşməsi əməkdaşlarına necə təsir edəcək?
15:38 11.07.2025
ABŞ-ın Vaşinqton Universitetinin Assistent Tədqiqat Professoru Aytəkin Hüseynlinin seminarı təşkil edildi
15:23 11.07.2025
"Biz hər yerdəyik"
15:20 11.07.2025
"Ukraynaya veriləcək ABŞ silahlarının pulunu NATO müttəfiqləri verəcək"
15:05 11.07.2025
Viktor Osimhenin keçidi bu gün rəsmiləşəcək
14:50 11.07.2025
"Danone" MMC ləğv olundu
14:35 11.07.2025
Dünya Srebrenitsaya niyə susdu?
14:20 11.07.2025
ASEAN qlobal ticarət gərginliyindən narahatdır
14:05 11.07.2025
PKK-dan təhvil alınan silahlar belə yandırıldı - VİDEO
13:55 11.07.2025
Ukrayna Rusiya ordusunun 2 polkovnikini qətlə yetirdi
13:50 11.07.2025
Kanada Hərbi Hava Qüvvələrinə qadın rəhbər təyin olunub
13:35 11.07.2025
Yaşayış minimumu kriteriyaları yenilənəcək
13:20 11.07.2025
Lavrov Mertzə xəbərdarlıq etdi
13:05 11.07.2025
Erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir
12:50 11.07.2025
Qanunsuz abortlarla bağlı yeni qanun qəbul ediləcək
12:35 11.07.2025
Ukraynanın səmasını Fransa və Böyük Britaniya qoruyacaq
12:15 11.07.2025
"Qızıml əcəl apardı" -Hovuzda boğulan balaca Nərminin anası danışdı
12:02 11.07.2025
Tramp "Supermen" oldu
12:00 11.07.2025
"Rusiya Ukraynaya 500 milyard avro ödəməlidir"
11:45 11.07.2025
Türkiyədə PKK terroru dövrünün sonu başlayır
11:30 11.07.2025
Hamısı