2019-cu ildə Türkiyədən Azərbaycana məşğulluq məqsədilə səfərlərin sayı artıb.
Eurasia Diary Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Məşğulluq Xidməti Baş İdarəsi (İŞKUR) məlumat verib.
Statistikaya əsasən, ötən il ərzində Türkiyədən Azərbaycana iş axtarmaq üçün gələnlərin sayı 2018-ci illə müqayisədə 93,5 faiz artıb.
İdarədən bildiriblər ki, bu dövr ərzində Azərbaycana iş tapmaq üçün səfər edənlərin sayı 60 nəfər olub.
Ümumilikdə hesabat dövründə 19 991 nəfər Türkiyə vətəndaşı iş tapmaq üçün xaricə səfər edib. Bu, 2018-ci illə müqayisədə 20,3 faiz azdır.
2019-cu ildə Türkiyədə İŞKUR xətti ilə 1,49 milyon nəfər işlə təmin olunub ki, bu da 2018-ci illə müqayisədə 19,5 faiz çoxdur.